Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:21

“Yeni TV”nin təsisçiləri ittihamları rədd edirlər


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb “Xarici təşkilat və mənbələrin hesabına maliyyələşən televiziyanın fəaliyyəti Azərbaycan qanunvericiliyinə ziddir”.



Bu sözlər Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun “525-ci qəzet”də dərc edilmiş müsahibəsindən götürülüb.



“Soros Fondunun maliyyə dəstəyi ilə yeni bir televiziya kanalının fəaliyyətə başlayacağı bildirilir. Hər hansı bir beynəlxalq təşkilat və ya qurumun dəstəyi ilə ölkədə televiziya kanalının fəaliyyət göstərməsi nə dərəcədə məqsədəuyğundur” sualına cavab verən Əli Həsənov bunun Azərbaycan qanunvericiliyinə zidd olduğunu bildirib.



Bir qədər əvvəl yaradılan və sənədləri qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə verilən “Yeni TV”nin təsisçiləri cənab Həsənovun bu bəyanatını qeyri-peşəkar adlandırırlar.



"Yeni TV"ni yaradanlardan biri olan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov kanalın təsis edilməsində heç bir beynəlxalq təşkilatın iştirak etmədiyini və burada qanuna zidd heç bir əməlin olmadığını deyir.



Media Hüquqları İnstitutunun rəhbəri və təsisçilərdən olan hüquqşünas Rəsid Hacılı isə qeyd edir ki, hətta “Yeni TV”nin yaradılmasında xarici maliyyə olsaydı belə, burada qanunsuz heç nə yoxdur. Onun sözlərinə görə, Azərbaycan qanunları xarici maliyyə hesabına yalnız xəbər proqramlarını hazırlamağa imkan vermir.



Prezident Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənovla sözügüdən müsahibəni “Olaylar” informasiya agentliyi götürüb və fevralın 5-də “525-ci qəzet”də dərc olunub.
XS
SM
MD
LG