Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:50

Mozdok-Qazıməmməd kəmərində terror aktının qarşısı alınıb<br><br clear="all">


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb Dağıstan ərazisindən keçən Mozdok-Qazıməmməd qaz boru kəmərində terror aktının qarşısı alınıb. Qızılyurd rayonunda kəmərin 576-cı kilometrliyinə qoyulmuş partlayıcı maddə zərərsizləşdirilib.



Dağıstan Fövqəladə Hallar Nazirliyi böhranlı hallar idarəsinin rəisi Şamil Kərimovdan aldığımız xəbərə görə, partlayıcı qurğu aşkarlanan kimi hadisə yerinə Federal Təhlükəsizlik Xidməti, daxili işlər və fövqəladə hallar nazirliklərinin xüsusi təyinatlı qrupları göndərilib. Bir neçə saat davam edən əməliyyat uğurla keçib və partlayışın qarşısı alınıb.



Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız başqa bir xəbərə görə isə, fevralın 4-ü gecə radələrindən başlayaraq respublikanın bütün ərazisində qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə başlanılıb.



Məlumata görə, Mahaçqala şəhərindəki bəzi evlərdə axtarışlar aparılır. Şəhərin ətrafındakı bir sıra rayonlarda milislərlə qanunsuz silahlı dəstələr arasında toqquşmalar gedir. Ölən və yaralıların olduğu bildirilir.



Çeçenistan ərazisinə, Azərbaycan və Gürcüstan dövlətlərinə gedən yollarda əlavə milis postları yerləşdirilib. Nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılır.



Bu məlumatı Dağıstan Daxili İşlər Nazirliyinin operativ növbətçi hissəsindən də təsdiqlədilər. Lakin əməliyyatların gedişi haqda ətraflı məlumat vermədilər.
XS
SM
MD
LG