Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:49

ATƏT “oktyabr məhbusları”nın məhkəməsini ədalətli saymır


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb «Prezident seçkilərindən sonra tutulanlarla bağlı məhkəmə qərarları ya ləğv olunmalı, ya da həmin şəxslərin cəzaları daha yüngül cəza ilə əvəzlənməlidir».



ATƏT-in Azərbaycanda çıxarılan məhkəmə qərarlarının monitorinqi ilə bağlı hazırladığı hesabatda bu «dərhal görülməli olan tədbirlərə dair tövsiyələr» sırasında yer alıb.



Hesabata görə, 2003-cü il 15-16 oktyabr hadisələrində tutulanlara qarşı işgəncə və pis rəftara yol verildiyi haqda çoxlu inandırıcı dəlillər var. Və məhkəmələrin işgəncəylə əldə edildiyi söylənən həmin sübutları qəbul etməsi ATƏT-də narahatlıq doğurur.



ATƏT-in hökumətə tövsiyələrində o da qeyd olunur ki, hakimiyyət orqanları işgəncə faktları ilə bağlı iddiaların müstəqil şəkildə araşdırılmasına, eləcə də buna yol verənlərin cinayət məsuliyyətinə cəlb olunmasına şərait yaratmalıdır.



Başqa bir tövsiyəyə görə, hüquq-mühafizə orqanlarının tutalanlara qarşı həddən ziyadə güc tətbiq etməsi və işgəncə verməsi ilə bağlı şikayətləri araşdırmaq üçün müstəqil orqan yaradılmalıdır. Hakimiyyət işgəncə qurbanlarının və həddən artıq güc tətbiqinə məruz qalanların kompensasiya üçün müaciət etmək hüququnu təmin etməlidir.



ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri Kristian Ştrohal «Azadlıq» radiosuna müsahibədə bildirib ki, Azərbaycan hökuməti ilə əldə olunan razılığa görə, yerli və beynəlxalq ekspertlər məhkəmə qərarlarının monitorinqi ilə bağlı hesabatın nəticələrinin araşdırılmasına cəlb olunacaqlar.



Onun sözlərinə görə, bunda məqsəd məhkəmə sistemindəki çatışmazlıqlarla bağlı uzunmüddətli həll yolunun tapılması və məhkəmə sisteminin monitorinqi layihəsinin davam etdirilməsidir. K. Ştrohal bildirib ki, bu sahədə daha bir hesabatın hazırlanacağı istisna deyil.



«Hakimiyyətlə müxalifət arasında dialoq olmalıdır». Bunu da K. Ştrohal deyib. O, Azərbaycana ikigünlük səfərinin yekunlarıyla bağlı fevralın 4-də keçirdiyi mətbuat konfransında bildirib ki, Bakıda keçirdiyi görüşlərdə qarşıdan gələn parlament seçkiləri ilə bağlı məsələləri də müzakirə edib, siyasi dialoqun vacibliyi haqda Azərbaycan prezidenti ilə müzakirələr aparıb. Prezident onu əmin edib ki, belə bir dialoqa hazırdır.



K. Ştrohal onu da deyib ki, onlar Bakıdakı ofislərinin rəhbəri Maurisio Pavesi vasitəsilə belə bir dialoqu dəstəkləməyə hazırdırlar və istəyirlər ki. seçicilərin seçki prosesinə olan inamını bərpa etsinlər.



«Prezident İlham Əliyev ölkənin demokratik inkişafına, ATƏT və beynəlxalq ictimaiyyətlə əməkdaşlığı davam etdirməyə çox maraq göstərdi. Biz əmin olduq ki, parlament seçkilərinin demokratik keçməsini təmin etmək üçün nə lazımsa, ediləcək» - deyə K. Ştrohal bildirib.
XS
SM
MD
LG