Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:35

Zurab Jvaniya Gürcüstan tarixində necə yadda qaldı


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb Zurab Jvaniya Gürcüstanın zəkalı, uzaqgörən və təcrübəli siyasətçilərindən hesab olunur.

O, 1963-cü ildə anadan olub. Tbilisi Dövlət Universitetinin Biologiya fakültəsini bitirəndən sonra, 80-ci illərdə, Sovet İttifaqında siyasi partiyaların yaradılmasına imkan veriləndə Zurab Jvaniya Gürcüstan “Yaşıllar” partiyasının əsasını qoyub. 1992-ci ildə isə Sovet İttifaqından sonrakı Gürcüstanın ilk parlamentinin üzvü seçilib. O illər parlament sədri olan Eduard Şevarnadzenin diqqətini cəlb etdiyi üçün, Şevarnadze yeni yaratdığı “Gürücstan vətəndaşları Birliyi”nin rəhbərliyinə gənc siyasətçi Jvaniyanı da cəlb edir. Bu birlik 1995-ci il parlament seçkisində qalib gələndən sonra Jvaniya parlament sədri seçilib, hökumətdə ikinci nüfüzlü mövqeyə sahib olur. Bəziləri Eduard Şevarnadzenin, özündən sonra prezidentliyə Zurab Jvaniyanı hazırladığını düşünürdü. Amma 1998-ci ildə Zurab Jvaniya bəyan etdi ki, rüşvətxorluq, və hökumətin islahatlardan imtina etməsi Gürcüstanı uçuruma aparır.

2000-2001-ci illərdə Şevarnadze və Jvaniya aralarında gərginlik olması barədə deyilənləri təkzib edirdilər. Ama 2001-ci iin noyabrında Jvaniyanın parlament sədrliyindən istefası deyilənləri təsdiqlədi. 2002-ci ildə cənab Jvaniya elan etdi ki, o, gələn prezident seçkisində iştirak edəcək.

2003-cü ilin noyabrında parlament seçkisi zamanı Zurab Jvaniya, parlament sədri Nino Burcanadze ilə -Burcanadze-Demokratlar blokunda birləşdi. Daha sonra bu blok indiki prezident Mixail Saakaşvilinin Milli Hərəkatına qoşulub məşhur Məxməri inqilabı etdi.

Yeni hökumətin əsas fiqularından olan Zurab Jvaniya 2004-cü ilin fevralında təsis olunan baş nazir vəzifəsinə təyin olunur.

Zurab Jvaniya həm də sülhpərvər siyasətçi kimi tanınırdı. Prezident Saakaşvilinin daha emosional çıxışlarına rəğmən, Jvaniya Cənubi Osetiya, Acariya rəhbərlikləri ilə çətin danışıqlara gedirdi.

Sorğu nəticələri göstərir ki, Gürcüstan əhalisi Zurab Jvaniyanı ən etibarlı olmasa da, ən zəkalı siyasətçilərdən biri hesab edir. Cənab Jvaniyanın şübhəli biznes fəaliyyəti ilə məşğul olması barədə şaiyələr təsdiq olunmayıb.

2003-cü ilin avqustunda Jvaniyaya qarşı sui-qəsd olacağı barədə xəbərlər tez-tez yayılırdı. Bunun səbəbi, biznes münasibətləri, yoxsa, Jvaniyanın Rusiyaya qarşı kəskin çıxışları idi? Bu suala cavab tapılmayıb.

Zurab Jvaniya ilə birlikdə həlak olan Raul Yusifov azərbaycanlıdır. Gürcüstanın Kaxeti regionundan, azərbaycanlıların məskunlaşdığı Qaracalar kəndindəndir. SIQNAVI İnstitutunun hüquq fakültəsini bitirib. 25 yaşı var, ailəlidir, 1 övladı var. Raul Yusifov inqilabdan sonra Dövlət dəftərxanasında, dövlət nazirinin müavini vəzifəsində çalışırdı. O, Zurab Jvaniya ilə inqilabdan əvvəl tanış olub. İnqilaba qədər Raul Yusifov, Telavi rayonunda Zurab Jvaniyanın Demokratlar partiyasının nümayəndəsi olub. Raul Yusifovun dostu, Kvemo Kartli bölgəsi qubernatorunun müavini Azər Süleymanovun dediyinə görə, Raul Yusifovla Zurab Jvaniya yaxın dost imişlər və bu gün onların tapıldığı mənzildə tez-tez görüşərlərmiş. Azər Süleymanov deyir ki, onların yaxın olduğunu və Raul Yusifovun vəzifəyə gəlməsində Jvaniyanın rolunu hamı bilirdi.

Dostlarının dediyinə görə, son vaxtlar Raul Yusifovun vəzifəsinin dəyişiləcəyi, onun Aşağı Kartli qubernatorunun müavini təyin olunacağı barədə şaiyə gəzirmiş.
XS
SM
MD
LG