Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:42

Madaqaskardakı hakimiyyət dəyişikliyi hərbi çevrilişdir


Afrika Birliyi Madaqaskar prezidentinin səlahiyyətlərini hərbçilərə təhvil verməsini hərbi çevriliş adlandırıb.

Afrika sahilləri yaxınlığındakı bu adada bir həfətəyə yaxın idi ki, müxalifət tərəfdarları və hökumət qüvvələri arasında baş verən toqquşmalar davam edirdi. Toqquşmalarda 130 nəfər həlak olmuşdu.

Martın 17-si səhər Madaqaskar Prezidenti Mark Ravalomanana hakimiyyəti hərbçilərə təhvil verib. Prezidentin sözçüsü deyib ki, "müxalifətlə qarşıdurmadan sonra Ravalomanana bu qərarın ölkə üçün daha vacib olduğu qənaətinə gəlib".

Mark Ravalomanana 7 il idi ki, Madaqaskara rəhbərlik eləyirdi.

Madaqaskar müxalifətinin rəsmiləri bildiriblər ki, müxalifətin lideri Andri Rajoelina yeni seçkiyədək keçid hökumətinə rəhbərlik eləyəcək. Son olaraq paytaxt Antaninarivunun meri vəzifəsini tutan 34 yaşlı müxalifət lideri Rayoelina cavanlığında məşhir DJ (disko-jokey) olub.

Ancaq ölkə rezidenti rəsmi qərarla hakimiyyəti ölkənin ən nüfuzlu generalı olan Hippolit Ramasona təhvil verib. Bu üzdən generalın hakimiyyəti müxalifətlə bölüşəcəyi sual doğurur.
XS
SM
MD
LG