Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:47

İraq hökuməti Səddam Hüseynin 3 əlaltısını edam eləməyə çağırıb


İraq hökuməti Səddam Hüseyn rejimində törətdiyi cinayətlərə görə ölüm hökmü alanların edam cəzalarını icra eləməyə çağırıb. Hökumətin sözçüsü Əli əl-Dabbağ İraq prezidentinə müraciətində bildirib ki, ən qısa zamanda edam cəzalarının icrasıyla bağlı qərar versin.

Yerli məhkəmənin qərarıyla Səddam Hüseynin əmisi oğlu, “Kimyagər Əli” ləqəbiylə tanınan Əli Həsən əl-Məcid, keçmiş müdafiə naziri Sultan Haşim, ordu generalı Hüseyn Rəşid Məhəmməd 1988-ci ildə ölkənin şimalında kürdlərə qarşı genosid törətməkdə günahkar biliniblərvə edam cəzası alıblar.

İraq prezidenti Cəlal Təlabani və vitse-prezident Tariq əl-Əzimi müdafiə naziri və generalın edam olunmasına qarşı çıxırlar. Bilrirlər ki, hərbçilər sadəcə aldıqları əmri yerinə yetiriblər.

Başqa ittihamlarla edam cəzası alanların içində İraqın keçmiş xarici işlər naziri Tarik Əziz də var.

İraqın keçmiş prezidenti Səddam Hüseyn və bəzi başqa tərəfdarları ABŞ-ın İraqı nəzarət altına almasından sonra asılıblar.
***
XS
SM
MD
LG