Səs: Real audio
Yeltsin araqdan imtina edib Fevralın 2-i gündüz »Monitor» jurnalının əməkdaşı Əkbər Həsənov oğurlanıb. Sonradan məlum olub ki, 5 saat ərzində onu İçəri Şəhərdəki Bakı Hərbi Komendaturasında saxlayıblar. Əkbər Həsənovu axşama yaxın azad ediblər. Bundan sonra müxbir oğurlanmasının səbəbi və aktın təşkilatçısı barədə açıqlama verib:
»Fevralın 2-də Bakıdakı 44 saylı məktəbdə müəllim kimi çalışdığını və sonradan iş yerindən qovulduğunu deyən Əli adlı bir nəfər mənə zəng vurdu. Dedi ki, məktəbdə ona qarşı edilən haqsızlıqla bağlı araşdırma aparmağımızı istəyir».
Əkbər Həsənov bildirir ki, işlə bağlı sənədlərlə tanış olmaq üçün həmin şəxsə “Bakı Soveti” metro stansiyasının qarşısında görüş təyin edib. Orada görüşüblər və özünü Əli kimi təqdim edən şəxs Əkbər Həsənovu evinə dəvət edib. Maşına minəndən sonra onu İçəri Şəhərə gətiriblər, burada daha iki nəfər onlara qoşulub. Oradan da Əkbər Həsənovu komendaturaya aparıblar.
Əkbər Həsənov israr edir ki, onu Goranboydakı »N» saylı hərbi hissədəki vəziyyətdən yazdığına görə incidirlər.
“Komendantın mənimlə söhbət etdiyi vaxt Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov onunla iki dəfə telefon əlaqəsi saxlayıb”.
Əkbər Həsənovun sözlərinə görə, komendaturanı tərk edəndə ona ev ünvanı və Müdafiə Nazirliyində çalışan yaxınlarının kimliyi barədə məlumatları olduğu barədə xəbərdarlıq ediblər. Və deyiblər ki, əgər məsələ elə burada bitməsə, həm onun özü, həm də qohumları üçün yaxşı olmayacaq.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Ramiz Məlikovsa baş verənlərdən xəbəri olmadığını deyir.