Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:35

Qırğızıstan dövlət büdcəsinin kəsirlərini Moskvanın yardımıyla örtəcək


Qırğızıstan dövlət büdcəsinin kəsirini Rusiyadan alınan yardımlarla kompensasiya edəcək. Qırğızıstanın Maliyyə naziri Marat Sultanov bu gün belə deyib.

Onun sözlərinə görə, bu il büdcədə 125 milyon dollar kəsir yaranması proqnozlaşdırılır. Hökumət bu kəsiri Moskvadan aldığı 150 milyon dollarlıq humanitar yardım paketi ilə örtəcək.

Qırğızıstan ötən ay Moskvadan 150 milyon dollar yardımla bərabər, 2 milyard dollar kredit də almışdı. Bu yardımların açıqlanmasından dərhal sonra rəsmi Bişkek ölkə ərazisindəki Manas hərbi bazasından ABŞ və NATO qoşunlarını çıxarmaq qərarı vermişdi.
XS
SM
MD
LG