Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Əsas müzakirə olunan məsələlər sözsüz ki, Azərbaycan ali məktəblərinin diplomlarının digər dövlətlərdə tanınmaması, universitetlərin kredit sisteminə keçirilməsi və akkreditasiya məsələləri oldu. Məsələ burasındadır ki, Türkiyə, Gürcüstan, İran, Rusiya və bir sıra digər ölkələrdən başqa Azərbaycan diplomları heç bir dövlətdə tanınmır. Bunun əsas səbəbi Azərbaycan ali təhsil sisteminin fərqləri ilə bağlıdır. Digər tərəfdən hazırda aparıcı Avropa universitetləri ali məktəblərin bir-biri ilə əməkdaşlığı üçün Bolonya prosesinə start veriblər ki, Azərbaycan ondan da kənarda qalıb. Ali Təhsil Sistemində İslahatlar konfransını maliyyələşdirən ABŞ-ın Azərbaycandakı səfirliyi də Azərbaycanın tələsməli olduğunu düşünür. Səfir Rino Harniş artıq Azərbaycanda keçid dövrünün bitdiyini və islahatlara başlamaq zamanı gəldiyini deyir. Onun sözlərinə görə, Birləşmiş Ştatlar bu işdə də Azərbaycana yardım etməyə hazırdı.
“Azərbaycanın nail olmaq istədiyi əsas məqsədlərdən biri də iqtisadi islahatlar olacaq. Doğrudan da, bu istiqamət uzun müddətli planlaşdırma və işdən ibarətdir. Keçid üçün avxt artıq bitmək üzrədir və islahatlar üçün zaman da gəlib çatır. Gəlin gələcək imkanlar ataq və qorxmadan daha yaxşı gələcək üçün birlikdə çalışaq. Artıq vaxtdır və bu da sizin üçün ən gözəl imkandır.”
Azərbaycan təhsil sisteminin korrupsiya problemi isə deyəsən bu dəfə də həllini tapa bilmir. Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, universitetlərdə imtahan sessiyası dövründə konkret faktlar üzə çıxmayıb. Xüsusi telefon nömrəsinin rüşvətxorluqla mübarizə üçün ayrılmasına baxmayaraq, müraciət edənlər konkret adlar çəkməyiblər.
Nazir tələbələri və müəllimləri qorxmamağa çağırır, amma digər konfrans iştirakçısı ABŞ-ın Fulbrayt proqramının təqaüdçüsü professor Riçard Kortum digər məsləyə diqqət yetirmənin vacibliyini deyir. Onun sözlərinə görə, ali təhsil sistemində bütün fəaliyyət növlərinə azadlıq verilməlidir ki, korrupsiyanın qarşısı alınsın. Əks halda Azərbaycanın adı əvvəlki tək mənfi hallanacaq.
“Aşağı standartlar, zəif nailiyyətlər, akkredititasiyadan kənarda qalmaq deməkdir. Hətta öz cəmiyyətinizin və digər millətlərin gözündən düşürsünüz. Bütün sahələrdə hammıya qarşı eyni münasibət olmalıdır: universitetlərə,fakultələrə, müəllimlərə və tələbələrə azadlıq verilməlidir.
Əsas məqsəd də bu sahələrdə ən yüksək nailiyyətlər əldə etmək olmalıdır. Kiməsə azadlıq vermək – eyni zamanda məsuliyyət verməkdir. Yəni insanlar öz işlərinə görə daha çox cavabdeh olurlar.Bu çox kömək edə bilər. Eyni sözləri sağlam rəqabət haqqında da demək olar.”
Azərbaycan dövlət universitetlərindən yalnız Dövlət Dillər universiteti, özəllərdən isə Xəzər və Qafqaz universitetləri təhsildə kredit sistemindən istifadə edir. Kredit sistemi tələbənin oxuduğu hər fənn üçün müəyyən bir balın olmasını və təhsil bitdikdə əvvəlcədən müəyyənləşdirilən kreditlərin sayına görə diplom verilməsini məzərdə tutur.