Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Arxeoloqlar BTC kəməri ərazisində qədim abidələr tapıblar


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Arxeoloqların Bakı-Ceyhan neft kəməri boyunca apardıqları qazıntılar zamanı bizim eramızdan əvvəl 5-7-ci minilliyə aid abidələr üzə çıxıb.



Ağstafanın Qırıq Kəsəmənli kəndi ərazisində qədim yaşayış məskəni aşkar edilib. Bu yaşayış məskəninin alt qatında ilk tunc dövrünə, üst təbəqəsində isə orta əsrlərə aid əşyalar tapılıb. Rayonun Həsənsu ərazisində isə ilk dəmir dövrünə aid 19 qəbir tədqiq olunub.



Tovuz çayının hövzəsi ətrafında tapılan yaşayış məskənin də son tunc, ilk dəmir dövrünə aid olduğu güman edilir.



Arxeoloqların ekspedisiyasına rəhbərlik edən Qoşqar Qoşqarlının sözlərinə görə, bu tapıntılar Qafqazın qədim tarixində yeni səhifələr açaçaq.



Qoşqar Qoşqarlı bildirdi ki, hazırda ekspedisiya Yevlaxda tapılan küp qəbirlərini tədqiq edir.



Murovdağın ətəyində yerləşən Buzluq kəndində də qədim yaşayış məskəni aşkar olunub. Arxeoloqlar müəyyən ediblər ki, bu yaşayış məskəni orta əsrlərə aiddir.
XS
SM
MD
LG