Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Çexiyanın Gürcüstan və Azərbaycandakı səfiri Yozef Vrabets yanvarın 20-də həbs olunan Saday Nəzərovun işiylə bağlı Bakıda bir neçə görüş keçirib.
Çeixya xarici işlər naziri Kiril Svoboda Saday Nəzərovun azadlığa buraxılması üçün Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etmişdi.
Xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, o, Çexiya səfirinə Saday Nəzərovun Azərbayan vətəndaşı olduğunu deyib.
«Saxlanılan şəxs Azərbaycan vətəndaşıdır. Buna görə də məsələ Azərbaycanın milli qanunvericiliyinə əsasən həll olunacaq».
Səfir Vrabets hüquq-mühafizə orqanlarının nümayəndələriylə də görüşüb.
Saday Nəzərov keçmiş baş nazir, dövlət çevrilişinə cəhdə görə həbs olunub ömürlük cəza alan, sonradan prezidentin fərmanı ilə əfv olunan Surət Hüseynovun yaxın tərəfdarıdır. O, 1994-cü ildə Azərbaycanı tərk etmişdi. 1997-ci ildə Çexiyada siyasi mühacir statusu alan cənab Nəzərov bu il yanvarın 20-də Azərbaycana qayıdanda həbs olunub. O, dövlət çevrilişinə cəhddə günahlandırılır.
1 saylı Bayıl təcridxanasının rəisi Dəmir Bayramovun verdiyi məlumata görə, 58 yaşlı Saday Nəzərov artıq bir həftədir Bayıl təcridxanasında saxlanılır. Rəisin sözlərinə görə, saxlanma şəraiti normaldır.
Hüquq müdafiəçisi Eldar Zeynalov isə hesab edir ki, Saday Nəzərovun həbsi milli barışıq çağırışıyla üst-üstə düşmür.