Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:53

«Pora»nın lideri Vladislav Kaskiv Bakıya gəlmək niyyətindədir


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Ukraynanın «Pora» gənclər təşkilatının lideri Vladislav Kaskiv yaxın vaxtlarda Bakıya gəlməyə hazırlaşır.



Bu barədə radiomuza özü danışan cənab Kaskivin sözlərinə görə, onun Azərbaycana gəlməsini istəməyənlər də var. “Pora”nın lideri deyir ki, bu günlərdə Azərbaycanın daxili işlər naziri Ramil Usubov Ukraynanın Bakıdakı səfiri Anatoli Yurçenko ilə görüşərək onun Bakı səfəri barədə xəbərdarlıq edib: əgər gələrsə, ölkədən çıxarılacaq. Ancaq buna baxmayaraq, Azərbaycana gələcəyini deyən Kaskiv səfərinin məqsədini də açıqlayır:



«Bizimçün ilk növbədə oradakı şəraiti müəyyənləşdirmək çox maraqlıdır. Həmçinin, Azərbaycandakı demokratik hərəkatın vəziyyətinə baxmaq, necə deyərlər, bu barədə bilgilərimizi artırmaq istəyirik. Bundan başqa, oradakı bir çox təşkilatlardan olan dostlarımız da bizi Bakıya dəvət edirlər. Həm də, Bakıda heç vaxt olmamışam».



Vladislav Kaskiv əlavə edir ki, o, hazırda Azərbaycan demokratiyasının səviyyəsini müxalifət liderlərinin fəaliyyəti, mətbuat və ekspertlərin rəyi ilə müəyyənləşdirir. “Pora”nın liderinin fikrincə, Azərbaycanda demokratiyanın vəziyyəti prinsipcə o qədər də ümidsiz deyil. İnsanlar əllərindən gələni edirlər.



DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə onlarda Ukraynadan kiminsə Bakıya gəlişinin əngəllənməsi ilə bağlı hər hansı məlumatın olmadığını bildirdi.
XS
SM
MD
LG