Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:03

«Ukrayna və Gürcüstanda baş verənlərdən sonra MDB-nin fəaliyyətini bu şəkildə davam etdirməsi qeyri-mümkündür»


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Yerli ekspertlərin qənaətincə, MDB yaradılanda artıq qüsurlu qurum kimi formalaşdığından onun təyinatı, missiyası qeyri-müəyyən idi. Elə bu səbəbdən də həmin qurumun təkmilləşdirilməsi, işlək quruma çevrilməsi ilə bağlı vaxtaışırı təşəbbüslər olur.



Belə cəhdlərdən biri isə yanvarın 31-də Moskvada MDB ölkələri xarici işlər nazirləri müavinlərinin son toplantsında olub. Burda MDB qurumlarının yenidən formalşadırılması məqsədilə 12 sənəd müzakirə olunub. Düzdü, yerli ekspertlər müzakirələrin hansı yöndə aparılmasından və MDB qurumlarının yenidən formalşadırılması dedikdə nəyin nəzərdə tutulmasından xəbərsizdirlər. Amma onların fikrincə, bir şey məlumdur, o da bu qurumun Rusiyanın istəklərinə cavab verməməsidir. Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli deyir ki, MDB Rusiyanın yaxın xarici siyasətini reallaşdıra bilmir. Ona görə də onu daha işlək quruma çevrimək istiqamətində müntəzəm cəhdlər olur. Son toplantı da bu cəhdlərdən növbətisidir.



Politoloq Rasim Musabəyov isə deyir ki, Ukraynada və Gürcüstanda baş verənlərdən sonra ortaya sual çıxdı: «MDB-nin indiki şəkildə fəaliyyət göstərməsi qeyri-mümkündür». Cənab Musabəyova görə, bu üzdən də Rusiya və MDB-nin formal strukturlarında çalışanlar fəallaşıblar. Amma politoloq inanmır ki, nəticədə ortaya çevik bir model qoyulsun.



Rasim Musabəyovla həmfikir olan «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədiov da hesab edir ki, son zamanlar MDB çərçivəsində bir yeniləşmə, bir meyl nəzərə çarpmaqdadır. Bu da Rusiyanın fəallaşmasıdır. Və Rusiya dəfələrlə cəhd göstərib ki, MDB daxilində dövlət orqanlarını əvəzələyəcək, vahid bir mərkəzin yaradılmasına gətirib çıxaracaq orqanlar yaradılsın. Şərhçinin qənaətincə, bunun özüsə təhlükəli haldır. O baxımdan da MDB-nin hansı tərəfə istiqamətləndiyini, onun qurumlarında aparılacaq islahatların hansı nəticəyə gətirəcəyini demək çətindir.



Amma Rauf Mirqədirov bir şeyə əmindir, bu gün Rusiyanın MDB orqanlarında islahat aparmaqda bir məqsədi var: «Onun nəzarəti altında olan postsovet ölkələrində mövqeyini möhkəmlətmək, yeni, müstəqil dövlətlərin onun təsir dairəsindən çıxmasına imkan verməmək».



Yəqin ki, bu yerdə sual yaranır: «MDB-nin yenidən qurulması mümkündürmü?» Ekspertlər xatırladırlar ki, MDB ölkələrindən bəzilərinin bir araya gəlmək cəhdi artıq bir dəfə uğursuzluğa düçar olub. Yəni bir müddət əvvəl Qazaxıstan, Belorusiya, Ukrayna və Rusiya vahid iqtisadi zona yaratmaq haqda razılığa gəlmişdilər. Hətta vahid vahidi barədə də düşünülürdü. Amma zaman göstərdi ki, bu baş tutmayan sevdadır. Məsələn, həmin üzv ölkələrdən biri Ukrayna bu gün başqa səmtə istiqamətlənib.



Politoloq Rasim Musabəyov inanmır ki, MDB-yə üzv ölkələrdən Ukrayna, Azərbaycan, Gürcüstan, Moldova bu təşəbbüsləri dəstəkləsinlər.



Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli isə deyir ki, MDB-yə ilk gündən Sovetlər Birliyini əvəz edcək bir qurum kimi baxılıb. Bu müddət ərzində Kreml həmin münasibəti dəyişmək niyyətində olmayıb. Və nə qədər ki, o bu münasibəti dəyişməyib, MDB-nin bir qurum kimi uğurlu fəaliyyətindən, yenidən qurulmasından danışmaq mümkün deyil.
XS
SM
MD
LG