Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Xəzərdə qumluğa batan gəmiləri çıxarmaq mümkün olmur


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Mahaçqala şəhəri, Xəzər dəniz sahilinin Çyornı Kamen ərazisində qəzaya uğrayan “Saatlı” teploxodunu qumluqdan çıxarmaq üçün hadisə yerinə gəlmiş Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus yükçəkən gəmini də güclü fırnına sahilə oturdub.



Bu məlumatı yanvarın 31-də gecə saat 1 radələrində Dağıstan Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsindən aldıq.



Yanvarın 30-da Azərbaycanın “Saatlı” teploxodu adı çəkilən ərazidə qasırğaya düşüb. Bir neçə metr hündürlüyündə olan dalğalar teploxodu sahildəki qumluğa tullayıb. Teploxodun 20 nəfərdən ibarət heyət üzvü arasında xəsarət alan olmayıb.



Dağıstanda lazımi gücə malik yükçəkən gəmi olmadığından Azərbaycana müraciət edilib. Xəzər Dəniz Gəmiçiliyi İdarəsi xüsusi təyinatlı “Oqtay Vəliyev” gəmisini Mahaçqalaya göndərib. Bu gəmini də dəniz fırtınası qumluğa batırıb.



Dağıstandan aldığımız xəbərdə bildirilir ki, sahildə batmış teploxod və gəmini xilas etmək üçün Türkmənistandan daha yüksək gücə malik gəmi cağırılıb. Lakin dənizdə fırtına davam edir. Küləyin gücü saniyədə 9-14 metrdir. Yalnız havanın sakitləşəcəyi təqdirdə xilasetmə əməliyyatı başlayacaq.



Fevralın 1-də Dağıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin operativ növbətçi hissəsi ilə bir daha əlaqə saxladıq. Bizə dedilər ki, qumluğa batan teploxod və gəmini çıxarmaq hələlik mümkün deyil. Kəskin hava şəraiti xilasetmə işlərini aparmağa imkan vermir.
XS
SM
MD
LG