Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:39

Çexiya Xarici İşlər Nazirliyi Azərbaycandan siyasi mühacirin buraxılmasını xahiş edir


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Çexiya xarici işlər naziri Kiril Svoboda Çexiya hökumətindən siyasi sığınacaq almış və ötən ay Azərbaycana qayıtdıqdan sonra saxlanılan Səday Nəzərovun dərhal azadlığa buraxılması çağırışı ilə Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.



Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov radiomuza bildirib ki, Çexiyanın Gürcüstandakı səfiri Yozef Vrabets Çexiya xarici işlər nazirinin məktubunu çatdırmaq üçün bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Səfir Vrabetsin Səday Nəzərovun işi ilə bağlı Respublika Prokurorluğunda da görüşlər keçirməsi nəzərdə tutulur.



“Amnesty International” və digər insan hüquqları təşkilatları da cənab Nəzərovun azadlığa buraxılması çağırışı ilə Azərbaycan hökumətinə müraciət ediblər.



“Amnesty International” təşkilatının Çexiyadakı şöbəsinin mətbuatla əlaqələr üzrə əməkdaşı xanım Eva Dobrovolna:



“"Amnesty International” təşkilatının Çexiya nümayəndəliyi Qaçqınlara Yardım Mərkəzi və Möhtac Adamlar təşkilatı ilə birlikdə Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın Vyanadakı səfirliyi və bəzi Çexiya rəsmilərinə məktub göndərərək Səday Nəzərovun buraxılması üçün əllərindən gələni əsirgəməmələrini xahiş etmişlər".



Səday Nəzərov hazırda Bakıda Bayıl həbsxanasında saxlanılır. 1994-cü ilin oktyabrında Azərbaycanı tərk etmiş və 1997-ci ildə Çexiya hökumətindən siyasi sığınacaq statusu almış Səday Nəzərov yanvarın 11-də Azərbaycana qayıdıb və yanvarın 20-də Gəncədə həbs edilib.



Saday Nəzərov Bakını tərk etməkdən qabaq keçmiş baş nazir Sürət Hüseynovun hökumətində müşavir vəzifəsində çalışırdı.



Azərbaycanda ona qarşı vətənə xəyanət maddəsi ilə cinayət işi qaldırılmış və 1995-ci ildə onun barəsində axtarış elan edilmişdi.
XS
SM
MD
LG