Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

Fevral ayı soyuq olacaq


Səs: Real audio
“Seçkilər münasibətilə İraqı təbrik etməliyik” Fevral ayı Azərbaycanda əvvəlki illərlə müqayisədə daha soyuq keçəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin proqnozlar bürosunun direktoru Umayra Tağıyevanın verdiyi məlumata görə, fevralın birinci ongünlüyü yağıntılı və şaxtalı hava gözlənilir.



Proqnozlar bürosunun məlumatına görə, bu ay havanın temperaturu Bakıda və Abşeron yarımadasında mənfi iki dərəcəyə enəcək, yağıntılar normadan çox olacaq.



Ən soyuq hava isə dağlıq rayonlarda və Naxçıvan Muxtar Respublikasında gözlənilir. Bəzi günlər Naxçıvanda 18 dərəcə şaxta olacaq.
XS
SM
MD
LG