Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:00

Səfir Rusiyadakı azərbaycanlı iş adamlarını Gürcüstana dəvət edir


Səs: Real audio
“Seçkilər münasibətilə İraqı təbrik etməliyik” Rusiyada yaşayan Gürcüstan azərbaycanlılarının doğulduqları yerlərdə sahibkarlıqla məşğul olmalarına heç bir maneə olmayacaq.



Azərbaycanın Gürcüstandakı səfiri Ramiz Həsənov bu ay Rusiyada yaşayan azərbaycanlılarla görüşəcək, onları azərbaycanlıların sıx yaşadığı Kvemo-Kartli bölgəsinə dəvət edəcək.



Səfir Ramiz Həsənov deyir ki, həmin iş adamlarının biznes və fərdi təhlükəsizliklərinə Azərbaycan və Gürcüstan hökumətləri rəsmi zəmanət verəcək. Görüləcək işlər sırasına kənd təsərrüfatının inkişafı, kiçik zavodların tikintisi daxıldir.



Səfir Ramiz Həsənov hesab edir ki, təkliflər müsbət qarşılanacaq və onların reallaşması bölgədə yaşayan əhalinin sosial müdafiəsinə, yaşayışına müsbət təsir göstərəcək.
XS
SM
MD
LG