Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:07

Rusiyanın xarici işlər naziri Bakıya rəsmi səfərə gəlir


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Fevralın 1-də Rusiya xarici işlər naziri Serqey Lavrov rəsmi səfərlə Bakıya gələcək.



Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Yakovenko bildirib ki, səfərdə əsasən Moskvanın Dağlıq Qarabağ probleminin həllindəki rolu və MDB çərçəvəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunacaq.



Rusiya xarici siyasət idarəsinin başçısının prezident İlham Əliyev, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılır.



Aleksandr Yakovenkonun sözlərinə görə, xarici işlər nazirlərinin görüşündə həmçinin terror hadisələri zamanı qarşılıqlı koordinasiya məsələləri müzakirə ediləcək, Xəzərin statusu ilə bağlı məsləhətləşmələr aparılacaq.
XS
SM
MD
LG