Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 09:33

Azərbaycanda ilk dəfə olaraq vəkillər test yoluyla seçiləcək


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Fevralın 6-da 350-dən artıq hüquq təhsilli şəxs vəkil olmaq üçün imtahan verəcək.



Bu gün sənəd qəbulu sona çatıb. Sənəd verənlərin sayı az olduğundan, bu müddət 3 dəfə uzadılmışdı.



Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfovun verdiyi məlumata görə, imtahan da çətin olmayacaq. 100 suallıq testdə doğru cavab bir balla qiymətləndiriləcək. 50 bal toplayanlar ikinci – müsahibə mərhələsinə buraxılacaq.



Fərhad Nəcəfov imtahanın vəkillərin peşəkarlığının artmasına müsbət təsir göstərəcəyi qənaətindədir. İkinci - müsahibə mərhəsi isə fevralın sonlarında olacaq.



Azərbaycan Hüquqşünaslar Forumunun həmsədri Ənnağı Hacıbəyli isə hesab edir ki, vəkillik haqqında qanun beynəlxalq standartlara cavab vermədiyindən, bu qanun əsasında keçiriləcək imtahan da vəkillik sahəsindəki problemlərin aradan qaldırılmasına kömək etməyəcək.



Vəkillik haqqında qanun ötən il qəbul edilib.



2004-cü ilin noyabrında yeni Vəkillər Kollegiyasının təsis yığıncağına 300-ə yaxın müstəqil hüquqşünas buraxılmamışdı. Bu konrfansın qərarlarının qanunsuz sayılmasıyla bağlı onların Vəkillər Kollegiyasına qarşı iddialarına hazırda yerli məhkəmələrdə baxılır.
XS
SM
MD
LG