Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:19

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü martın 2-də Praqada olacaq


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü martın 2-də Praqada olacaq. Bu haqda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bugünkü mətbuat konfransında məlumat verib.



İki ölkə xarici işlər nazirlərinin bundan əvvəlki görüşü yanvarın 11-də olmuşdu. Elmar Məmmədyarovla Vardan Oskanyan arasında Qarabağ probleminin nizamlanmasına dair indiyə qədər 8 görüş olub.



Araz Əzimovun sözlərinə görə, münaqişənin nizamlanması ilə bağlı hazırda aparılan danışıqlar hərbi münaqişənin dayandırılması və nəticələrinin aradan qaldırılmasını nəzərdə tutur. Cənab Əzimov bildirib ki, müzakirələrin nəticəsi olaraq saziş hazırlanıb imzalanmalıdır.



Araz Əzimov onu da deyib ki, vaxtı çatanda danışıqların gedişində Dağlıq Qarabağın erməni və ora qayıdacaq azərbaycanlı icması ilə də müzakirələr aparılacaq.
XS
SM
MD
LG