Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:47

ATƏT-in faktaraşdırıcı missiyası Bakıya səfər edib


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Yanvarın 28-də ATƏT-in Minsk Qrupunun həmsədrləri və faktaraşdırıcı missiyası Bakıya gəlib. Missiya Xarici İşlər Nazirliyində görüş keçirib.



ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib ki, missiya üzvləri onları maraqlandıran sənədləri Azərbaycan tərəfdən alıblar və həmin sənədlər diqqətlə öyrəniləcək. Onun sözlərinə görə, missiya üzvləri Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun hamısında olacaq.



Missiyaya həmsədr ölkələrdən, o cümlədən Almaniya, İtaliya, İsveç və Finlandiyadan ekspertlər daxildir.



Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xaqani Hüseynli ATƏT-in faktaraşdırıcı missiyasının səfərini post-Sovet məkanında yaranmış son vəziyyət baxımından müsbət qiymətləndirir. O, missiyanın bu səfərini Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağla bağlı qətnamənin qəbuluyla da əlaqələndirir.



ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin dediyinə görə, ekspertlər texniki məruzə hazırlayaraq MQ-nun həmsədrlərinə təqdim edəcəklər. Lazım gələrsə, həmsədrlər araşdırılmış faktlarla bağlı bəyanatla çıxış edəcəklər. O, həmçinin bildirib ki, həmsədrlər faktaraşdırıcı missiyanın məruzəsini ATƏT-in Vyanadakı Daimi Şurasına təqdim edəcəklər və orada nəticələrlə bağlı qərar qəbul olunacaq.



Bu arada yanvarın 27-də gecə Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəs yenidən pozulub. Ermənistan silahlı qüvələri Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndi yaxınlığındakı mövqelərindən Azərbaycan silahlı qüvvələrinin həmin rayonun Ayaq Qərvənd kəndi sahəsindəki mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.



Yanvarın 28-də səhər isə Azərbaycan silahlı qüvvələrinin mövqeləri qumbaratanlardan atəşə tutulub. İtki yoxdur. Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
XS
SM
MD
LG