Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:59

Müxalifət düşərgəsində cəbhələşmə nədən xəbər verir?


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Yanvarın 27-si keçirlən «Demokratik seçki» forumunun təşkilatçısı Böyük Qurluş Partiyasının sədri Fazil Qəzənfəroğlu qeyd etdi ki, eyni məqsədlə təşkil edilən əvvəlki tədbirdə müxalifət düşərgəsindən yalnız 6 partiya iştirak edirdi. Onların forumunda isə 40-a qədər partiya iştirak edir. Üstəlik bir müddət bundan əvvəl eyni təşəbüslə çıxış edən-yəni seçki məcəlləsinə dəyişiklik layihəsi təqdim edən həmin partiyaların 3-ündən, AMİP, ADP və Ümüd partiyalarından da bu forumda nümayyəndələr iştirak edir. Fazil Qəzənfəroğlunun sözlərinə görə bu, kimin çoxluğ kimin isə azlıq olduğunun nümayiş etdirilməsidir.

Fazil Qəzənfəroğlu həmçinin qeyd etdi ki, əvvəlki layihədə əks edilən bir sıra mühüm məsələləri onlar da müdafiə edirlər. Ancaq onların təklif etdiyi sənəddə əvvəlki layihədə əksini tapmayan bir sıra məqamlara da toxunulur. Bunlardan ən əsası odur ki, onlar Mərkəzi Seçki Komisiyasının formalaşdırılmasında hakimiyyət və müxalifətin paritet şəkildə təmsilçiliyiylə yanaşı, müstəqil hüquqşunasların, qeyri hökmət təşkilatlarının da kənarlda qalmamasını zəruri sayırlar. Layihədə həmçinin hakimiyyətə və beynəlxalq təşkilatlara müraciyyətlə qeyd edilirdi ki, seçki məcəlləsiylə bağlı müzakirələr öz karparativ maraqlarını güdən bir iki müxalifət partiyasıyla yox onlarla aparılmalıdır. Forumdakı müzakirələr zamanı bu bənd layihədən çıxarıldı.Tərəqqi partiyasının sədri Çingiz Dəmiroğlu və Sosial Ədalət partiyasının sədri Mətləb Mütəlimoğlu bildirdi ki, əgər söhbət seçkilərin demokratik şəkildə keçirilməsi istəyindən gedirsə burada kimlərisə inkar etmək lazım deyil. Mətləb Mütəllimlinin sözlərinə görə əslində kimin əsil müxalifət olduğunun aydınlaşdırılmasına, bir sıra düyünlərin çözülməsinə ehtiyac var.

Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı isə bildirdi ki, hazırda müxalifət düşərgəsində əməkdaşlıq çox bərbad vəziyyətdədir və bu forum ümumi məqsəd uğrunda axtarış kimi qiymətləndirlə bilər. Sabir Rüstəmxanlının sözlərinə görə bir çoxları onları hakimiyyətə yaxınlığıyla seçilən partiyalar sırasına aid ediblər. Ancaq şəxsən onun partiyasının üzvləri əvvəlki seçkilərdə özünü ciddi müxalifət sayan bir sıra partiyaların üzvülərindən fərqli olaraq pratakolları imzalamayıblar.

Büiöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev də dedi ki, biz hakimiyyətə və beynəlxalq təşkilatlara onlarla yox bizimlə əməkdaşlıq edin deyə bilmərik. Qüdrət Həsənquliyevin sözlərinə görə ölkədə demokratik mühütün yaranması isə hakimiyyət və müxalifət münasibətlərinin heç də gərginləşdirilməsindən keçmir. Bu daha çox tərəflərin dailoqundan keçir.

Bundan əvvəl ictimayyətə təqdim edilən layihənin müəlliflərindən AXCP İslahatçılar tərəfində sədir müavini Fuad Mustafayev isə hesab edir ki, hazırda Azərbaycandakı real müxalifət qüvvələri arasında heç bir fikir ayrılığı, parçalanma yoxdur. Sadəcə hakimiyyət cəmiyyətdə heç bir çəkisi olmayan qüvvələri fəallaşdırmaqla müxalifətin yenidən pərakəndə olmasını nümayyiş etdirmək istəyir.

Fuad Mustafayevin sözlərinə görə bu işlənmiş texnalogiyadı və effekt verməyəcək. Çünki istər xalq, istərsə də beynəlxalq qurumlar Azərbaycanda kimin əsil müxalifət olduğunu çox gözəl anlayır.

«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, tərəflərdən hansınısa ayrılıqda götürüb bütünlükdə hakimiyyətə bağlılıqda günahlandırmaq düzgün olmazdı. Ancaq bunu inkar etmək olmaz ki, hakimiyyət müxalifəti yenidən pərakəndə halına salmaq niyyətindədir. Üstəlik onun əsas məqsədlərindən biri əvvəlki seçkilərdə ona problemlər yaradan müxalifəti çıradan çıxarıb cəmiyyətə və beynəlxalq təşkilatlara bu adda yeni qüvvələr təqdim etməkdir.

XS
SM
MD
LG