Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 15:05

Bernar Fasye: “Faktaraşdırıcı missiyanın hazırlayacağı hesabat siyasi xarakterli olmayacaq”


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb ATƏT-in faktaraşdırıcı missiyasının hazırlayacağı hesabat siyasi xarakterli olmayacaq. Ekspertlər bu məruzəni ATƏT-in Minsk qrupu həmsədrləri üçün hazırlayırlar. Onların hər hansı bəyanat və ya açıqlama vermək hüquqları yoxdur. Lazım gələrsə, sənəd haqqında ATƏT-in Minsk qrupu həmsədrləri fikir söyləyəcəklər.



Bunu ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Bernar Fasye yanvarın 27-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib.



O deyir ki, Fransanın Gürcüstandakı səfiri, Bosniya-Hersoqovinada prezidentin xüsusi nümayəndəsi kimi çalışıb. Və diplomat kimi fəaliyyətdə olduğu dövrdə münaqişəli bölgələrdə, xüsusilə Qafqaz regionunda münaqişələrlə maraqlanıb. O, cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə.



Yeni həmsədr "bu münaqişə barədə çoxlarının düşündüyündən daha artıq məlumatlıyam və vəziyyətin mürəkkəbliyini yaxşı anlayıram" deyir.



Bernar Fasye onu da əlavə etdi ki, Fransa həm Ermənistan, həm də Azərbaycanın dostu olaraq bu münaqişənin tez bir zamanda həllinə çalışır. Fasye "həmişə ancaq Ermənistan—Fransa dostluğu barədə danışılmasını qəbul etmirəm"-dedi.



Fransalı həmsədrin fikrincə, münaqişənin həlli üçün son sözü tərəflər özləri deməlidirlər. O deyir ki, 10 ildə ATƏT münaqişənin həll olunmasına dair çox iş görüb. Amma təşkilat Ermənistan və Azərbaycana deyə bilməz ki, “sən burdan çıx və ya sən gəl burada əyləş. Biz bu istiqamətdə müzakirələr aparacaq tərəflərin görüşünü təşkil edə, onların təkliflərini dinləyə bilərik”.



Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Praqa görüşlərini müsbət dəyərlərdirən cənab Fasye deyir ki, bu görüşlər gələcəkdə məsələnin prezidentlər səviyyəsində müzakirəsinə zəmin yaradır.



Bernar Fasye yanvarın 25-də Ermənistan prezidenti ilə görüşüb. Yanvarın 27-də isə Azərbaycan prezidetinin qəbulunda olub.



Yanvarın 28-də prezident İlham Əliyev Minsk qrupunun həmsədrlərini qəbul edəcək. Yanvarın 29-da isə faktaraşdırıcı missiyanın fəaliyyətinin monitorinqini aparmaq üçün həmsədrlər Ermənistana yollanacaqlar.
XS
SM
MD
LG