Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:53

Bakı milyonçularının nəticələri babalarının mülklərini geri qaytarmaq istəyirlər


Səs: Real audio
Dünyada “dazbaşlılar”ın yarısı Rusiyada yaşayır «Dədə-babalarımz bizim üçün, nəvə-nəticələri üçün var-dövlət toplayıblar. Toplaybılar ki, varisləri normal ömür yaşasınlar. Amma sovet maşını bizi nə vaxtsa çox qəddarlıqla tapdaladı. Evdə beş uşaq idik. Biz heç birimiz özümüzü realizə edə bilmədik. Bir təhər öz gücümüzə ayağa qalxdıq. Uzun illərdən sonra vətənə qayıtdıq. İndisə biz övladlarımız üçün çalışırıq. İstəyirik ki, layiqli ömür yaşasınlar. Bizim kimi əziyyət çəkməsinlər. Biz keçdiyimiz müsibətlərdən onlar keçməsinlər».



Bu, Bakı milyonçusu Zeynalabdin Tağıyevin nəticəsi, Sara xanım Tağıyevanın nəvəsi Nailə Abdullayevadır. Uzun illər valideynləri onları dərd-bəladan qorumaq üçün sovetlər ittifaqını az qala diyardiyar gəziblər. 12 ildir Azərbaycana qayıdan ailə yaşadığı məhrumiyyətləri bir daha görməmək üçün miylonçu babalarının mülklərini tələb edir.



Nailə xanım isə tək deyil. Bakı milyonçuları Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarovun nəvə-nəticələri də dədə-babalarının var-dövlətini geri qaytarmaq istəyirlər. Məsələn, Murtuza Muxtarovun nəticələri Səadət sarayının yerləşdiyi binanı və babalarından qalma iki maşınqayrıma zavoduna sahib olmaq istəyirlər. Musa Nağıyevin nəticəsi Dilarə Nağıyeva-Muxtarova isə beş binaya iddia edir. O Musa Nağıyev adına xəstəxananın, Zabitlər Evinin və Lukoyl firmasının yerləşdiyi binaları qaytarmaq niyyətindədir. Zeynalabdin Tağıyevin nəticəsi Nailə Abdullayevaya gəlincə. O babasının evini, hazırda isə Tarix Muzeyi kimi istifadə olunan binanın, eləcə də Tağıyev adına toxuculuq kombinatının qaytarılmasına çalışır.



İndiyə kimi ayrı-ayrılıqda mübarizə aparan miylonçu nəticələri birləşməyə və hüquq davasını birgə aparmağa qərar veriblər. Murtuza Muxtarovun nəticəsi olan və həm də bu işdə vəkillik edən Yusif Abdullayev deyir ki, qanun onların tərəfindədir. O bildirir ki, arıtq sovet dövləti yoxdur və demokratik cümhuriyyətin varisi olan müstəqil Azərbaycan dövləti də onların hüquqlarımını tanımalıdır.



Millət vəkili və hüquqşünas Əliməmməd Nuriyev də hesab edir ki, milyonçularnı varisləri haqlıdırlar. Və qanun da onların tərəfindədir. Bu da qanun, yəni onların haqqını tanıyan sənəd də Azərbaycanın müstəqillik haqda aktdır. Eyni zamanda 1992-ci ildə Nazirlər Kabinetinin mülkiyyətin geri qaytarılması ilə bağlı qərarı olub. Amma bundan sonra mülkiyyətlə bağlı o qədər iddialar ortaya çıxıb, o qədər mübahisəli məsələlər yaranıb ki, həmin qərarın icrası dayandırılıb. Əliməmməd Nuriyevə görə, yenicə qurulan dövlətin o qədər imkanı yox idi ki, hamının mülkiyyətini ya qaytarsın, ya da əvəzini versin. Ona görə də bu məsələyə birdəfəlik xitam verilib.



Amma bununla belə, Bakı miylonçularının varisləri öz hüquqlarının bərpasına çalışırlar. Son bir ildə Yusif Abdullayev Bakının Xətai, Nəsimi, Səbayel rayon məhkəmələrinə müraciət edib və hər yerdə Bakı miloyonçularının nəticələrinə rədd cavabı veriblər. Özü də onların müraciətinə yalnız məhkəmə yox, həm də İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhər icra hakimiyyəti də rədd cavabı verib.





Yusif Abdullyev deyir ki, onlar gərginlik yaratmaq niyyətində deyilllər. Başa düşürlər ki, tələb etdikləri zavodlarda sovet dövründə də, sonrakı illərdə də müəyyən işlər görülüb. Ona görə də təklif edirlər ki, həmin zavodlarnı müəyyən hissəsi onlara qaytarlısın.



Əliməməd Nuriyev isə deyir ki, əslində həmin mülkiyyətlərin geri qaytarılması düzgün olardı. Çünki bu pis bir ənənin qarşısını ala bilər. Gələcəkdə hər hansı hakimiyyət, hər hansı rejim kimlərinsə mülkiyyətinin milliləşdirilməsi və ya alınması kimi qərar çıxara bilməz.



Nailə Abdullyeva isə ümidvardı. «
XS
SM
MD
LG