Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 22:02

ABŞ bank və məhkəmə sistemlərinin dəyişməsini istəyir


Səs: Real audio
Dünyada “dazbaşlılar”ın yarısı Rusiyada yaşayır Amerika biznesmenlərinin Azərbaycana sərmayə yatırmaları üçün bəzi qanunlarda dəyişikliklər aparılacaq. Biznes sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Amerika səfirliyi Azərbaycan höküməti ilə birgə bank və məhkəmə sistemini tənzimləyən qanunvericiliyin dəyişdirilməsi üzərində işləyir.



Amerika Birləşmiş Ştatlarında biznes qurmaq mövzusunda keçirilən konfransda iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Rino Harnişin sözlərinə görə, Azərbaycan biznesmenlərinin də Birləşmiş Ştatlarda fəaliyyəti asanlaşdırılacaq. Səfir əsas əməkdaşlıq sahələrinin də müəyyənləşdirildiyini deyir.



ABŞ-ın Ankaradakı səfirliyinin kommersiya attaşesi Əmir Kayani isə Amerika şirkətlərinin xaricdə qarşılaşdıqları əsas problemin rüşvətxorluq olduğunu dedi.
XS
SM
MD
LG