Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:10

Gəncənin bayram paxlavası rekordlar kitabına düşdü


Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə mart ayının əvvəlindən 7 nəfər şirniyyatçı tərəfindən hazırlanan böyük paxlavanın uzunluğu 12 metr, eni isə 4 metr olub. Nəhəng şirniyyat martın 16-da keçirilən bayram şənliyində kəsilərək şəhər sakinlərinə paylandı.

Şirniyyatçı Müzəffər Agüloğlunun verdiyi məlumata görə, bu il hazırlanan paxlava ötən ildəkindən (9 metr uzunluğu, 3 metr eni) ölçüsü və çəkisinə görə böyük olub. Şirniyyatçı bildirir ki, çəkisi 3 tona yaxın olan paxlava 25 min dilimdən ibarətdir. Hazırlanma prosesində 7 min yumurta, 350 kq qoz, 25 kq fındıq, 20 kq badam ləpəsi, 350 kq şəkər tozu, 350 kq un və müxtəlif ədvalar istifadə olunub.

Paxlavanın dünya rekordları siyahısına salınması üçün Rusiya və MDB rekordları kitabının redaksiyasına müraciət də olunub və müsbət cavab alınıb. Artıq Gəncədə olan sözügedən redaksiyaların əməkdaşları xoş xəbərlə gəliblər. Şirniyyat Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və şəhər içtimayəti nümayəndələrinın, Rusiya və MDB dövlətlərinin rekordlar kitabının nümayəndələri Aleksey Svistunov və İqor Ximtsovun iştirakı ilə kəsildi. Hər iki kitabın redaktoru olan Aleksey Svistunov hələ bu cür böyük və dadlı paxlavanın dadına baxmadığını bildirdi:

«Bu paxlava ölçüsünə görə çox böyükdür. Mən deyərdim ki, şirniyyat tək Azərbaycanda deyil, MDB-də rekorddur. Həmçinin dünya üçün çox qeyri-adi bir rekorddur. Mən hələ belə dadlı paxlava yeməmişəm».

A.Svistunov deyir ki, artıq Gəncədə hazırlanan paxlava Rusiya və MDB-nin rekordlar kitablarına salınıb.

Bayram münasibəti ilə həmçinin Gəncənin mərkəzi meydanında incəsənət ustalarının iştirakı ilə şənlik keçirilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG