Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:09

İran-Azərbaycan əməkdaşlığı genişlənir


Səs: Real audio
Dünyada “dazbaşlılar”ın yarısı Rusiyada yaşayır Yanvarın 26-sı Azərbaycanın dövlət başçısı İlham Əliyev və İran prezidenti Seyid Məhəmməd Xatəminin iştirakı ilə iki ölkə arasında 9 sahə üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.



«AzərTac»ın yaydığı xəbərdə bildirilir ki, imzalanan sənədlərin sırasına vətəndaşların sadələşdirilmiş qaydada sərhədi keçmələri və İranın Azərbaycana 1 milyon dollar qrant ayırması haqqında memorandumlar daxildir.



Bundan başqa səhiyyə, təhsil, maliyyə, energetika və nəqliyyat sahələri üzrə də əməkdaşlıq müqavilələri, İrana məxsus sənət əsərlərinin qaytarılmasıyla bağlı isə protokol imzalanıb.



İranın «Səhər» televiziyasının əməkdaşı Burhan Hişməti bildirir ki, mərasimdə birgə bəyənnamə də qəbul edilib. Bəyannamədə Qarabağ münaqişəsiylə bağlı qeyd olunur ki, tərəflər bu məsələyə aid BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və İslam Konfransı Təşkilatının qərarının yerinə yetirilməsinin tərəfdarıdırlar.



Burhan Hişmətinin sözlərinə görə, mərasimdə hər iki dövlət başçısı əlaqələrin inkişafından məmnun qaldıqlarını bildiriblər.



Xəzər məsələsinə toxunan İran prezidenti deyib ki, Xəzər 5 sahilyanı ölkəyə məxsusdur və o, elə 5 ölkənin mənafeyinə xidmət etməlidir.



Prezident İlham Əliyev isə deyib ki, Xəzərin statusuyla bağlı danışıqlar səmimi çərçivədə davam edir. O, ümüd edir ki, tərəflər bu məsələdə ümumi razılığa gələcəklər.



«Qafqaz» Araşdırmalar Mərkəzinin rəhbəri Xaləddin İbrahimli bildirir ki, İran Xəzərin Azərbaycana aid hissəsində Qərb şirkətlərinin fəaliyyətini qısqanclıqla seyr edir. Bundan başqa, Xəzərin təhlükəsizliyi ilə bağlı Azərbaycanla Birləşmiş Ştatlar arasında əməkdaşlıq da bu ölkə üçün ürək açan deyil.



Xaləddin İbrahimli deyir ki, iki ölkə arasında problemlərin yoluna qoyulması baxımından bu səfər əhəmiyyətlidir. Ancaq onun fikrincə, səfər üçün Azərbaycan tərəfi heç də münasib vaxt seçməyib.



Günün ikinci yarısı prezident İlham Əliyev Təbriz şəhərinə gedib. Orada o, traktor zavoduna və Azərbaycan konsulluğuna baş çəkib.



Azərbaycan nümayəndə heyəti yanvarın 26-sı axşam saatlarında vətənə dönməlidir.
XS
SM
MD
LG