Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:08

İnternetdəki tənqidi fikirlərinə görə psixi xəstəxanaya saldılar


Sankt-Peterburqda yaşayan müxalifət fəalının contact.ru saytında bir neçə müxalifət qrupu yaratdığına görə zorla psixiatrik xəstəxanaya yerləşdiriblər. “Azadlıq” radiosunun rus xidmətinin məlumatına görə xəstəxanaya yerləşdirilən Vadim Çaruşev Ukraynada Holdomor kimi qeyd edilən kütləvi aclıq barədə intetnetdə yaratdığı qruplarda Kremlin ünvanına sərt tənqidlər səsləndirib. Ukrayna hesab edir ki, 1930-cu illərdə Rusiya bilərəkdən aclıq yaratmaqla bu ölkədə milyonlarla adamın ölümünə səbəb olub.

Vadim Çaruşev Qafqazdakı siyasətinə görə də tez-tez Moskvanı tənqid edib.

Martın 7-də isə məhkəmə tibb işçilərinin onun barədəsində iddiasını təmin edib və Vadim zorla psixiatriya xəstəxanasına yerləşdirilib.

Müxalifət təşkilatı olan Birləşmiş Vətəndaş Cəbhəsinin Sankt-Peterburqdakı şöbəsinin lideri Olqa Kurnosova “Azadlıq” radiosuna bildirib ki, indi Vadimin səhhəti həqiqətən də pisdir. O, çox arıqlayıb və olduqca xəstəhal görünür.
XS
SM
MD
LG