Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:55

Tələbani kürd müstəqilliyinin sadəcə xəyal olduğunu deyir


Türkiyədə səfərdə olan İraqın prezidenti Cəlal Tələbani yerli qəzetlərə müsahibəsində Kütr dövlətinin yaradılmasının mümkün olmadığını deyib.

Özü də əslən kürd olan Tələbani “Sabah” qəzetinin bugünkü sayında çap olunan müsahibəsində deyir ki, müstəqil kürd dövləti yaşaya bilməz. Çünki dərhal qonşu ölkələr, ərazisində kürd azlığı yaşayan Türkiyə, İran və Suriya sərhədlərini bağlayacaqlar.

İstanbulda keçirilən Beynəlxalq Su Forumuna iştirak edən Cəlal Tələbani kürd millətçilərinin Böyük Kürdüstan arzularını şerlərdə yaşayan xəyal adlandırıb.

Ankara İraqın şimalında yarana biləcək kürd dövlətinin Türkiyənin cənubinda yaşayan etnik kürdlər arasında separatçılıq meyllərini kücləndirə biləcəyindən ehtiyat edir.
XS
SM
MD
LG