Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

409 məntəqədə bələdiyyə seçkilərinin nəticələri ləğv edilib


Səs: Real audio
İki aydan sonra Çeçenistan müstəqil olacaq 9 dairə seçki komissiyasının sədri vəzifəsindən azad edilib, 50 seçki məntəqəsinin tərkibi buraxılıb, 409 məntəqədə isə seçkinin nəticələri etibarsız sayılıb. 135 bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib.



Bu rəqəmlər yanvarın 25-də Mərkəzi Seçki Komissiyasının bələdiyyə seçkilərinin nəticələriylə bağlı keçirdiyi müşavirədə açıqlanıb.



Mərkəzi Seçki Komissiyasının sözçüsü Azər Sarıyev deyir ki, nəticələri ləğv olunmuş məntəqələrin sayına görə liderlər qrupuna Bərdə, Tovuz və İmişli rayonları başçılıq edir. Bərdədə 14, Tovuzda 10, İmişlidə isə 9 məntəqədə nəticələr etibarsız sayılıb.



Ötən ilin noyabrında keçirilən bələdiyyə seçkilərinə 28 milyard manatdan çox, təxminən 6 milyon dollara yaxın vəsait xərclənib.
XS
SM
MD
LG