Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:02

«Neftçi»nin qələbəsini Azərbaycan futbolunda bir mərhələ kimi qiymətləndirmək lazimdir»


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” «Neftçi»nin Birlik kubokunda ikinci yerə çıxması, son qarşılaşma istisna olmaqla yerdə qalanları qələbəylə başa vurması Azərbaycanda futbol ajiotajına səbəb oldu. Hərçənd bu uğuru böyük qələbə kimi qələmə verməyə tələsməyənlər də, bu sevincin arxasında başqa məqamlar dayandığını düşünənlər də var.



Azərbaycanlı peşəkarların əksəriyyəti «Neftçi»nin ikinci yerə çıxmasını böyük futbol hadisəsi kimi qiymətləndirirlər. Onların qənaətincə, «Neftçi» Azərbaycanı bu kubokda layiqincə təmsil edib. 19 yaşlılardan ibarət yığmanın məşqçisi Nadir Qasımov bu uğuru komandadakı islahatlarla izah edir.



«Neftçi» klubunun vitse-prezidenti Ramin Musayev isə hesab edir ki, hakimlər qərəzli olmasaydılar komanda son oyunda, «Lokomotiv»lə qarşılaşmada da qələbə qazana bilərdi. Bununla da birinci yerə çıxmış olardı. Amma bununla belə, Ramin Musayev hesab edir ki, «Neftçi» qalibdir və o Azərbaycan futbolunda indiyə kimi mümkün olmayan bir oyun göstərib. Onun sözlərinə görə, 9 gündə 5 oyunda iştirak etmək hər komandanın işi deyil.



«Futbol plyus» qəzetinin redaktoru Mahir Rüstəmli isə deyir ki, «Neftçi»nin qələbəsini Azərbaycan futbolunda böyük bir hadisə kimi yox, sadəcə, yerli futbolun inkişafında kiçik bir mərhələ, bir işartı kimi qiymətləndrmək gərəkdir.



O ki qaldı bu uğurun ardınca Azərbaycan yığmasının məğlubiyyətinə. Peşəkarlar hesab edirlər ki, birdən-birə bütün cəbhə boyu uğur qazanmaq mümkün deyil. Onların sözlərinə görə, indiki mərhələdə Azərbaycan futboluna sərmayə qoyulur, oyunçular cəlb olunur və bütün bunlar ən yaxşı halda yaxın bir neçə ildə özünü göstərəcək.



Son bir həftə içində Azərbaycanda futbola, «Neftçi»nin oyununa marağın artması, hər oyundan sonra bayram ovqatında olan azarkeşlərin küçə-meydanlara axışması da diqqətdən kənarda qalmadı. Milli natamamlıq kompleksi haqda sislsilə məqalə və filmlərin müəllifi Çingiz Sultansoy xırda-para da olsa futbol qələbəsinə elliklə sevinməyi təbii sayır və bunun bir yox, bir neçə səbəbi olduğunu deyir. 70-80-ci illərə qayıdan Çingiz Sultansoy Sovetlər Birliyinin xokkey yığması ilə Çexoslovakiya yığmasının qarşılaşmalarını xatırlayır. Onun sözlərinə görə, bu iki komandanın deyil, iki ölkənin qarşılaşması idi. «Bu oyuna baxanlar başa düşürdülər ki, söhbət xokkeydən getmir. Bu milli azadlıq ideyaları ilə yaşayan, amma bu arzuları gerçəkləşdirə bilməyən çexlərin vətənpərvərlik hisslərinin idmanda təzahürü idi. Buna görə də əksər hallarda qələbə qazanan çexlər onların ölkəsini istila etmiş sovetləri udurdular və öz ölkələrində milli qəhrəman kimi tanınırdılar».



İyirmi-otuz il əvvəldən indiyə, Azərbaycana dönən Çingiz Sultansoya görə, azərbaycanlılar sadəcə, sevinc axtardıqları və məğlubiyyətlər silsiləsindən yorulduqları üçün sevinirlər. «Neftçi»nin oyunlarının belə ajiotajla qarşılanmasının səbəbi məhz bununla izah olunmalıdır.



Jurnalistin fikrincə, natamamlıq kompleksi azərbaycanlıları öz gözündə məğlub edib. Və özünə qarşı ifrat tənqidi münasibət, azərbaycanlıların yalnız rüşvətxor olması, bacarıqsız olması, öz taleyini qura bilməməsi, mövcud siyasi, sosial, iqtisadi problemlərini həll edə bilməməsi haqda fikirlər əl-qolunu bağlayıb. Çingiz Sultansoya görə, bu komlekslərin dağıdılmasında belə qələbələrin, dəxli yoxdu idman və ya sənət uğurlarının rolu əvəzsizdir. Bu millətin özünəinam hissini qaytarır.
XS
SM
MD
LG