Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Azərbaycanda müstəqil həmkarlar təşkilatı yaratmaq mümkündürmü?


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Allahyar Eyyubov üç il «BOS Şelf» şirkətində tərcüməçi işləyib - bu şirkət «Azəri-Çıraq-Günəşli» yatağında neft platformaları tikir - keçən ilin noyabrında Allahyar Eyyubov işdən çıxarılıb. Cənab Eyyubov iddia edir ki, şirkət rəhbərliyi onu həmkarlar təşkilatı yaradıb işçilərin hüquqlarını müdafiə etmək cəhdinə görə işdən çıxarıb. Onun sözlərinə görə, sözügedən şirkətdə yerli işçilərin maaşı aşağıdır, onlar haqsız olaraq təhqir edilir, normadan artıq işləməyə məcbur edilir, onların həyatları sığorta olunmayıb, xarici və yerli işçilər arasında yaranan münaqişələrdə şirkət rəhbərliyi haqsız olsalar belə, əcnəbilərin tərəfini tutur. Allahyar Eyyubov deyir ki, şirkət rəhbərliyi həmkarlar təşkilatı yaratmaq cəhdindən xəbər tutan kimi onu işdən azad edib. «BOS Şelf» şirkəti isə cənab Eyyubovun şirkətin başqa bir əməkdaşını təhqir etdiyinə görə işdən çıxarıldığını bildirir.

«Bosşeylf» kampaniyası «Azəri- Çıraq-Günəşli» yatağının işlənməsinə ümumi rəhbərlik edən BP şirkətinin sifarişiylə neft platformaları tikir. «BP-Azərbaycan» şirkətinin prezidenti Devid Vudvord deyir ki, ona layihəyə cəlb olunmuş hansısa şirkətin həmkarlar təşkilatının yaradılmasına maneçilik törətməsi haqda fakt məlum deyil. Cənab Vudvord bildirir ki, BP həm Azərbaycanda da, həm də dünyanın başqa ölkələrində işçilərin həmkarlar təşkilatının üzvü olmaq hüququnu tanıyır.

«Azərbaycan qanunvericiliyinə görə həmkarlar təşkilatı yaratmağın yolu var – belə təşkilatlar Ədliyyə Nazirliyində qeydiyyata alınmalıdır. Əgər həmkarlar təşkilatı qeydiyyatdan keçibsə və bundan sonra onun fəaliyyətinə imkan vermirsə, biz bunu podratçı şirkətlə birgə araşdırmağa hazırıq»

Müstəqil hüquşünas Azər Quliyev isə deyir ki, həqiqətən də Azərbaycan qanunlarına görə, həmkarlar təşkilatları Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Amma onun sözlərinə görə, qanunun başqa tələbləri də var, yəni təşkilatın qeydiyyatdan keçmə mərhələsinə qədər müəssisə rəhbərlyi işçilərin həmkarlar təşkilatı yaratması üçün hər cür şərait yaratmalı, hətta onları təsis yığıncağının keçirilməsi üçün otaqla təmin etməlidir. Hüquqşünas deyir ki, əgər müəssisə rəhbərliyinin xoş niyyəti yoxdursa. Azərbaycanda həmkarlar təşkilatı yaratmaq istəyinin uğurla nəticələnməsi çox çətindir.
XS
SM
MD
LG