Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:35

Azərbaycan prezidenti İranda səfərdədir


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.



Prezidenti Tehranda İranın kooperasiya naziri Əli Sufi qarşılayıb. Bundan sonra İran prezidenti Məhəmməd Xatəminin iştirakıyla rəsmi qarşılanma mərasimi keçirilib.



Prezident İlham Əliyev bu gün axşam iranlı həmkarı Məhəmməd Xatəmi ilə görüşür.



Səfər zamanı bir sıra sənədlər imzalanacaq. Bu barədə “Azadlıq” radiosuna İranın “Səhər” televiziyasının əməkdaşı Bürhan Hişməti məlumat verib.



Bürhan Hişməti deyir ki, İran mediası bu hadisəyə İlham Əliyevin İrana ilk səfəri kimi xüsusi diqqət ayırıb.



Səfər zamanı Xəzərin hüquqi statusunun da müzakirə obyekti olacağı gözlənilir.



Azərbaycan prezidenti İlham Əliyev İrana səfəri zamanı bu ölkənin ali dini rəhbəri Ayətulla Xamneyi və digər rəsmilərlə də görüşəcək.



İlham Əliyev Təbrizə baş çəkəcək və İmam Xomeyninin məqbərəsini ziyarət edəcək.



Səfər yanvarın 26-dək davam edəcək.
XS
SM
MD
LG