Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:00

Xatəmi namizədliyini geri götürür


İranın Mehr və Fars xəbər agentlikləri və bir sıra mətbu orqanlarının verdiyi məlumata görə İranın keçmiş prezidenti Məhəmməd Xatəmi iyunda keçiriləcək prezident seçkilərində öz namizədliyini geri götürüb. Xatəminin bu qərarı ilə bağlı hələlik heç bir rəsmi açıqlama yoxdur, lakin onun martın 16-ı bununla bağlı bəyanat verəcəyi deyilir.

Onun yaxın müttəfiqi «Reuter» xəbər agentliyinə bu məlumatı təsdiq edib. Xatəmi 1997-2005-ci illərdə İranda prezident olub.
XS
SM
MD
LG