Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:59
Rubrikalar

bugünki proqramda sərhədlərə baş çəkəcəyik


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Yanvarın 23-də Moskvada MDB dövlətlərinin birlik kuboku yarışlarının final görüşündə Azərbaycanın «Neftçi» klubu Rusiyanın «Lokomativ»komandasına 1-2 hesabı ilə məğlub oldu. Oyunun birinci hissəsində «Neftçinin» yarımmüdafiəçisi Zaur Tağızadə hesabı açsa da Bakılılar bu üstünlüyü matçın sonuna qədər qoruyub saxlaya bilmədilər. Nəticidə onlar öz qapılarından 2 top buraxaraq birlik kubokuna sahib olmaq şansını əldən verdilər. Ancaq buna baxmayaraq mütəxəssislər «Neftçi»nin digir görüşlərdəki kimi final matçındakı oyununu da yüksək qiymətləndirirlər.

Moskvanın Lokamativ komandasının baş məşqçisi Yuri Syomin Neftçinin güclü rəqib olduğunu və layiqli oyun nümayiş etdirdiyini bildirdi. Nəticəyə gəlincə, o deyir ki, iki komandadan biri uduzmalı idi. Kubokun Lokamativə qismət olması heç də Neftçinin zəifliyi demək deyil.

Neftçi komandasının baş məşqçisi Ağasəlim Mircavadov da yetirmələrinin oyunundan razı qaldığını bildirdi. Onun fikrincə, bu oyunda sadəcə Neftçi komandasının bəxtinin gətirmədi. Ancaq nəticədən asılı olmayaraq komanda çox yaxşı oynadı.

Neftçi komandasının baş məşqçisi Ağasəlim Mircavadov belə deyir.

Neftçi komandası birlik kuboku uğrunda yaraşda qrupp mərhələsini uğurlabaşa vurduqdan sonra final matçından əvvəl Ermənistanın «Pünik» və Ukraynanın «Dinamo Kiyev» komandalarını məğlub etmişdi.
XS
SM
MD
LG