Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

«Panorama»nın bu dəfəki qonağı Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədlidir... «Panorama»nın qonağı İnam Plüralizim Mərkəzinin rəhbəri Vahid Qazıdır. Bu dəfə də onunla ötən həftəyə nəzər yetirəcəyik...


Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Ancaq onunla söhbətə keçməzdən əvvəl «Panorama»nın ənənəsinə uyğun olaraq həftənin hadisələrinə ardıcıllıq üzrə nəzər yetirək...

Yerli Qeyri Hökümət Təşkilatları «20 yanvar»ın Milli Qürur və Birlik Günü kimi qeyd edilməsini təklif etdilər...

Ədalət, Azadlıq və Vətəndaş Həmrəyliyi partiyaları da seçkiyə birlikdə getmək haqda razılığa gəldilər...

Mətbuat Şurasının apardığı monitorinqin nəticələrini açıqlayan bu qurumun rəhbəri Əflatun Amaşov bəyan etdi ki, daha çox müxalifət qəzetləri peşə davranış qaydalarını pozurlar...

Gürcüstanda Maliyə Polisi ilə sərhədi keçmək istəyən azərbaycanlalar arasında toquşma baş verdi...

Azərbaycan xalqı «20 yanvar» faciyəsinin 15-ci il dönümünü qeyd etdi...

Azərbaycan Xalq Cəbhəsi partiyası İslahatçılar tərəfi millət vəkili Əliməmməd Nuriyevi bu partiyanın sıralarından xaric etdi...

Vyanada ATƏT-in Mnski qrupu həmsədirləri və fakt araşdırıcı missiya işğal edilən ərazilərə səfərlə bağlı texniki məsələləri müzakirə etdilər...

Dağıstanda Beslan hadisələrinin istintaqına etiraz edən bir qrup insan Bakı-Rostov yolunu bağladı...

Prezident İlham Əliyev İran prezidentinin Xəzər məsəlləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfərini qəbul etdi...

Sərhədsiz Repartiyorlar təşkilatı «Monitor» junlalına qarşı çıxarılan məhkəmə hökmünü Azərbaycan hakimiyyətinin müxalif fikiri boğması kimi qiymətləndirdi...

Keçmiş baş Nazir Sürət Hüseynovun qohumu uzun müddət axtarışda olan Saday Nəzərov həbs edildi...

Azərbaycan çempionu «Neftçi» «Pünik» və «Dinomo Kiyev»dən sonra «Lokomativ» səddini də aşaraq «Birlik» kubokunu əldə etdi...

Azərbaycan çempionu «Neftçi» finalda Rusiya birincisi «Lokomativ»ə məğlub olaraq Birlik kubokunu qazanmaq şansını əldən verdi...

Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli bildirdi ki, «20 yanvar» Azərbaycan xalqının qürur duyduğu günlərdəndir. Onun sözlərinə görə Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquqları sahəsində, rüşvət, korrupsiya hallarına qarşı mübarizədə ciddi irəlləyiş əldə edilməyib. Bəzən bütün bunlar müstəqillik, azadlıq kimi dəyərlərə bəslənən inamı sarsıldır. Ancaq bu heç də «20 yanvar» şəhidlərinə münasibəti dəyişmir. Anar Məmmədli həmçinin ABŞ prezidenti Corc Buşun inauqrasiya mərasmindəki çıxışında səslənən bir sıra fikirlərlə bağlı Azərbaycanda gedən müzakirəlrə də toxundu...

«Panorama»da gələn həftəyə də nəzər yetirildi...

Yanvarın 24-də Dünya Bankının nümayyəndəsi Kristiyan Peterson Azərbaycana ayrılacaq 20 milyon dollar kreditlə bağlı müzakirələri davam etdirmək üçün Bakıya gəlməlidir...

Yanvarın 24-də Prezident İlham Əliyevin İrana səfər edəcəyi gözlənilir...

Yanvaran 25-i Avropa Şurası Parlament Assmbleyasının Sessiyasında Devid Atkinsonun Qarabağ münaqişəsiylə bağlı məruzəsinin müzakirəsi nəzərdə tutulub...

İşğal edilən ərazilərə səfər edəcək ATƏT-in fakt araşdırıcı missiyasının yanvarın 28-də Bakıya gəlişi planlaşdırılıb...
XS
SM
MD
LG