Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 09:25

Ağstafada müxalifətin təşviqat plakatlarını cırırlar


Referendumla bağlı təşviqat artıq martın 16-da yekunlaşır
Referendumla bağlı təşviqat artıq martın 16-da yekunlaşır
Ağstafa rayonunda müxalifətəreferendumla bağlı təşviqat plakatları vurmağa imkan verilməyib. Bunu «Azadlıq» radiosuna «Qarabağ və Respublika Uğrunda» təşviqat qrupunun yerli təmsilçisi Maarif Salahov deyir.

Maarif Salahovun sözlərinə görə, bu işdə xüsusilə 2 saylı məntəqənin və rayon qaz-istismar idarəsinin rəhbəri Elxan Məmmədov fəallıq göstərir:
«Deyir ki, siz şüarınızda yazmısınız ki, «diktaturaya və monarxiyaya yox deyirik». Bəs Azərbaycanda diktatura yoxdur. Ona görə sizin plakatları cırıb atıram. Biz şüarları vururuq, onlar da cırıb atırlar».

Maarif Salahov deyir ki, bununla bağlı 108 saylı Ağstafa rayon Seçki Dairəsinin sədri Tamerlan Eyyubova şikayət etsələr də, heç bir tədbir görülməyib. O ehtimal edir ki, görünür dairə seçki komissiyasını da eşitmirlər.

Dairə Seçki Komissiyasının sədri Tamerlan Eyyubov isə tezliklə şikayətin təmin ediləcəyini düşünür: «Məni niyə eşitmirlər? Görünür anlaşılmazlıq olub. Tapşıraram eşidərlər».

Referendumla bağlı təşviqat artıq martın 16-da yekunlaşır.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Müxalifət referendumu boykot edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG