Səs: Real audio
Rusiyanın demokratiya yolunda “qəza baş verib” Azərbaycandakı ictima-siyasi təşkilatların nümayəndələri ABŞ prezidenti Corc Buşun andiçmə mərasimindəki çıxışında azadlıqların genişləndirilməsi və demokratiyanın möhkəmləndirilməsi fikri üzərində daha çox dayanırlar.
AXCP sədri Əli Kərimli hesab edir ki, prezident Buşun çıxışından sonra bütün dünyada demokratiyanın inkişaf etdirilməsinə daha çox diqqət yetiriləcək.
Müsavat partiyasının başqanı İsa Qəmbər isə bildirir ki, Amerika prezidentinin dediyi prinspirlərə uyğun fəaliyyətin olması daha önəmlidir. Müsavat başqanına görə, bu prinsiplər ötən il Ukraynada həyata keçirilib.
Yeni Azərbaycan partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, demokratiya uğrunda mübarizə sülhməramlı niyyətlə həyata keçirilməlidir.
Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzinin vitse-prezidenti Eldar İsmayılov Amerika prezidentinin demokratiyanın inkişafına dair dediklərinin Azərbaycana təsirsiz ötüşməyəcəyi qənaətindədir.
Müstəqil politoloq Eldar Namazov isə ümid edir ki, Amerika prezidentinin çıxışından sonra Azərbaycanda keçiriləcək növbəti seçkilər demokratik olacaq.