Pakistan hökuməti ölkənin Ali məhkəməsinin sədri İftixar Çaudrinin hüquqlarını bərpa etmə razılığı verib. Ölkənin baş naziri Yusif Rza Gilani xalqa müraciət edərkən belə deyib. Onun sözlərinə görə hakimin hüquqları martın 21-i bərpa olunacaq.
İftixar Çaudri istefaya göndərilmişdi. Onun hüquqlarının bərpasına nail olan isə ölkə müxalifəti olub. Müxalifət həm də Ali məhkəmənin keçmiş baş nazir, hazırda isə müxalifət lideri olan Nəvaz Şərifin parlament seçkilərində iştirakına qadağa qoymasını ləğv etməsini tələb edib.
Martın 16-i İslamabadda böyük etiraz yürüşünün keçiriləcəyi gözlənilirdi. Baş nazirin bəyanatından sonra isə Nəvaz Şərif yürüşü təxirə salıb.