Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:14

Enerji daşıyıcılarının qiymətləri yenə arta bilər


Səs: Real audio
Prezident Vladimir Putin hökuməti istefaya göndərə bilər Yaxın vaxtlarda – yəni 2005-ci ildə suyun qiyməti qalxmayacaq. Çünki artıq qalxıb, və Nazirlər Kabineti təsdiq eləməsə də, Tarif şurasının təsdiq elədiyi qiymətlərlə artıq yanvarın 1-dən əhaliyə satılır. Nazirlər Kabinetinbdən bildirdilər ki, əslində bu Azərsu Səhmdar Cəmiyyətinin təklif elədiyi qiymətlər Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi razılaşdırılıb, Tarif şurası da bu qiymətləri təsdiq elədiyi üçün Nazirlər Kabinetinin hansısa qərarına ehtiyac yoxdur. Yəni artıq su pulunun yenvarın 1-dən yeni qiymətlərlə yığılması qanunidir. O ki qaldı elektrik enerjisi və qazın qiymətinə, hşkumət qurumlarından heç biri belə bir artımı istisna eləmir amma konkret bir şey də demirlər.

Nazirlər Kabinetindən onu da bildirdilər ki, əslində hər hansı bir qiymət artımımndan danışmaq üçün, ilk nşvbədə qazı, və elektrik enerjisini əhaliyə satan səhmdar cəmiyyətlər özləri Nazirlər Kabinetinə konkret təkliflə müraciət etməlidirlər. Sonra bu Müraciətə baxılacaq və qərar qəbul ediləcək. Düzdü bu qərar msbət olmaya da bilər. Məsələn Bakı Metropolini artıq bir neçə dəfə metroda gediş haqqının qaldırılması üçün müraciət edib, İqtisadi İnkişaf Və Maliyyə nazirliklərində də bu məsələ müzakirə edilib, gediş haqqının qiyməti də müəyyənləşdirilb, amma sonuncda nazirlər kabineti şlkədəki sosial vəziyyəti nəzərə alıb bu qərarı təxirə salıb. Amma iqtisadçı ekspert İlham Şabanın fikrincə hşkumət bundan sonra artıq Beynəlxalq Valyuta Fondu, və Dünya Bankının israrına qarşı dayanmayacaq. Yəni qiymətlərin artımını yaxın vaxtlarda gözləmək olar. Çünki bu hökumətin özünə sərf edir.

Qiymətlərin yaxın vaxtda artacağıyla bağlı ehtimallar ilin əvvəlində, Rusiyanın qazın qiymətini artırmasından sonra daha da çoxalıb. Düzü, həlıə keçən il Azəriqazın rəhbərliyi qazın qiymətlərinin artırılmasının labüd olduğunu bildirirdi. Baxmayaraq ki, ötən ilin noyabrında qaz, benzin və dizel yanacağının qiymətində artım olmuşdu. Azəriqaz Səhmdar Cəmiyyətinin sədri Əlixan Məlikov ötən il min kubmetrini 52 dollara aldıqları qazı əhaliyə orta hesabla 17 dollara satdıqlarından gileylənirdi. Bu günsə Rusiyadan alınan qazın qiyməti min kubmetr üçün 61 dollara yüksəlib ki, 2005-ci ilin dövlət bündcəsində də Azəriqaza subsidiyalar nəzərdə tutulmadığından Əlixan Məlikov qiymət artımının labüd olduğunu bildirib. Dünya Bankının Bakıda olan Cənubi Qafqaz üzrə eksperti Kristian Peterson isə idxal qazının qiymətinin artması üzündən qazdan istehsal edilən elektrik enerjisinin də qiymətinin artmalı olduğunu bildirib və əlavə edib ki, yoxsa Azərbaycanın enerji sektoruna sərmayə qoymaq heç də sərfəli olmayacaq. Beynəlxalq Valyuta fondunun ekspertləri isə qiymətlərin nə vaxta qədər artması məsələsinə birmənalı cavab vermir. Azərbaycana 522 milyon dollar kredit ayıran bu qurumdan Azərbaycan hökuməti qarşısında konkret heç bir şhdəliyin və rəqəm standartının qoyulmadığını bildirirlər. Azərbaycan hökuməti isə Azərbaycandakı qiymətləri ildə 15-20 faiz artımla dünya bazarı səviyyəsinə qaldırmağa söz verib. Müstəqil ekspert İlham Şaban bu siyasəti düzgün adlandırmır.



Qiymətlərin artacağı halda kompensasiyaların verilməsiylə bağlı isə ümumi sözlər deyilir. Məsələn, suyun qiymətlərinin artmasının kompensasiya eləmək üçün güzəştli kateqoriyalara aid edilənlərə ayda 3 min manat , cəmi isə 12 milyarda manata yaxın kompensasiya ödənilməsi gündəmdədir. Ötən il qazın qiymətlərinin artımından sonra isə, bu il yanvarın 1-dən 209 milyard manata yaxın kompensasiya nəzərdə tutulub. Amma, yeni qiymət artımları olacağı halda bu ilin büdcəsində əlavə vəsait nəzərdə tutulmayıb.
XS
SM
MD
LG