Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:24

Leyla Əliyeva: müxalifət parlament seçkilərinin sonuncu şans ola biləcəyini dərk edir


Səs: Real audio
Prezident Vladimir Putin hökuməti istefaya göndərə bilər «Turan» informasiya agentliyinin eksperti Zəfər Quliyev deyir ki, əslində əvvəlki illərdə müxalifət çox vaxt seçkiyə hazırlıq işində gecikirdi. Azərbaycanda həmişə seçkiyə bir neçə ay qalmış seçki qanunu, bu qanuna dəyişikliklər müzakirə olunur. Bu dəfə həmin prosesləri qabaqlamaq üçün müxalifət hazırlıq işini vaxtında başlayıb və ya bəlkə də hələ bir az gecikib:

«Vaxt o qədər də çox deyil. Nəzərə alsaq ki, keçən il müxalifət şok halında idi və ciddi siyasi fəaliyyət göstərə bilmirdi, deməli o, indiki fəallaşma ilə həmin passivliyin yaratdığı boşluğu doldurmalıdı, eyni zamanda seçkiyə ciddi hazırlığını cəmiyyətə göstərməlidir. Parlament seçkilərinə cəmiyyəti də fəallaşdırmaq lazımdır. Çünki, bir ildən artıqdır ki, cəmiyyət müxalifəti görmür. Bu baxımdan da müxalifətin vaxtı azdır. O seçkiyə qədər özünü cəmiyyətə təqdim etməlidir».

Zəfər Quliyev belə deyir.

Politoloq Leyla Əliyevanın fikrincə isə müxalifət qüvvələri bu seçkilərin onlar üçün sonuncu şans ola biləcəyini dərk elədiklərinə görə qarşıdakı parlament seçkilərinə daha ciddi hazırlaşırlar: « onlar hesab edir ki, parlament seçkiləri müxalifət və bu ölkə üçün bir növ axırıncı şans olacaq. Yəqinki bu çətin məqamı onlar dərk eləyirlər».

Leyla Əliyeva deyir ki, müxalifətin fəallığında xarici faktorlar da rol oynayır. Belə ki, artıq xaricdə Azərbaycanda demokratiyanın inkişafının nə demək olduğunu dərk eləməyə başlayıblar. Keçmiş sovetlər məkanında gedən proseslər, xarici analitiklərin Azərbaycanı artıq Türkmənistanla müqayisə etmələri və digər məsələlərin təsiri bu ilin parlament seçkilərini çox ciddi məqama çevirməklə yanaşı cəmiyyəti də səfərbər eləyir.

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin əməkdaşı Pərviz Məmmədovun fikrincə isə müxalifət qarşısında duran problemləri həll etmək üçün bu prosesə keçən ildən başlamalı idi. Çünki, qanunda olan boşluqlar onu göstərir ki, bu mübarizə kor - təbii aparılmamalı, taktiki mərhələlərə bölünərək gerçəkləşdirilməlidi.

Müxalifətin seçkilərə birgə və ya ayrı - ayrılıqda getməsi məsələsinə münasibət bildirən ekspertlərin fikrincə, əsas məsələ bir neçə aparıcı partiyanın razılığa gəlməsidir. Zəfər Quliyev deyir ki, «ümumiyətlə vahid birləşmə demək olar ki, heç yerdə baş vermir. Hətta Ukraynada da seçkiyə ayrılıqda gedənlər çox oldu. Ona görə də Azərbaycanda bütün müxalif qüvvələrin birləşməsini gözləmək düz olmazdı. Əslində, söhbət ciddi müxalifət qüvvələrindən getməlidir. Hazırda ölkədə 3-4 partiya var ki, onlar imkanlarını tam itirməyiblər. Tam iflasa uğramadıqları üçün onların bərpa olunmaq, cəmiyyətin etimadını qazanmaq imkanı var. Həmin partiyalar da hazırda «Seçki Forumu»nda birləşərək əməkdaşlıq edirlər».

Bunlar «Turan»ın eksperti Zəfər Quliyevin fikirləri idi.

Politoloq Leyla Əliyeva isə, Azərbaycan müxalifətinin birləşməsini əsasən iki qüvvənin bir araya gəlməsində görür. Onun fikrincə bu AXCP və Müsavat partiyalarıdır.

Leyla Əliyevadeyir ki, digər müxalif qüvvələrin proseslərə təsir etmək imkanı kifayət qədər məhduddur.

Pərviz Məmmədov isə deyir ki, hakimiyyət müxalifətin bu birləşməsinə qarşı mübarizə aparmağa çalışacaq. Ancaq mübarizənin hakimiyyət daxilində bir mərkəzdən idarə olunacağını indidən demək çətindir. Cənab Məmmədovun fikrincə, bu gün müxalifət o qədər də güclü deyil. Ona görə də onların birləşməsi hakimiyyət üçün o qədər də təhlükə yaratmır. Əslində hakimiyyət daxilindəki çəkişmələr də müxalifətin zəifliyi ilə bağlıdır. «Onlar kənardan ciddi təhlükə görmürlər. Ancaq bu ilin seçki ili olduğunu və seçkilərin yeni qaydalarla keçirildiyini nəzərə alsaq hər şey mümkündür. Hər şey müxalifətin hansı gücdə olm
XS
SM
MD
LG