Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

“Neftçi” Ermənistan çempionu “Pünik”lə qarşılaşacaq


Səs: Real audio
Prezident Vladimir Putin hökuməti istefaya göndərə bilər Moskvada keçirilən Birlik Kubokunun ¼ finalına vəsiqə qazanan futbol üzrə Azərbaycan çempionu “Neftçi” bu mərhələdə Ermənistan çempionu “Pünik”lə qarşılaşacaq.



Keçirdiyi iki oyunda 1-0 və 4-1 hesabıyla Moldova və Türkmənistan çempionlarını yenən “Neftçi” keçmiş SSRİ ölkələrinin qatıldığı bu turnirdə növbəti mərhələyə adlayan ilk komanda olub.



Digər qrupda Tacikistan çempionunu məğlub edən Ermənistanın “Pünik” komandası bu gün Latviya çempionu “Skonto”yla 2-2 hesabıyla heç-heçə edib və sabah Bakı vaxtıyla saat 8-də Azərbaycan çempionu ilə ¼ finalda qarşılaşacaq.



Bu oyunun qalibi yarımfinalda Kiyev “Dinamo”suyla görüşmək hüququ qazanacaq.
XS
SM
MD
LG