Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:19

“Heç bir ölkə İrana hücum edə bilməz”


Səs: Real audio
Prezident Vladimir Putin hökuməti istefaya göndərə bilər --“Röyters”



“İran ona qarşı istənilən hücumu dəf etmək iqtidarındadır”. Bunu İrana qarşı hərbi əməliyyatların mümkünlüyü barədə prezident Corc Buşun bəyanatına cavab olaraq İranın müdafiə naziri deyib.



“İslam respublikası hücumdan qorxmur” deyən nazir Əli Şamxani əlavə edib ki, “heç bir ölkə bizə hücum çəkə bilməz, çünki onlarda bizim hərbi imkanlarımız haqda dəqiq məlumat yoxdur”.



Prezident Buş bazar ertəsi deyib ki, İran özünün nüvə silahı proqramından əl çəkməzsə, Vaşinqton bu ölkəyə qarşı hərbi əməliyyatları istisna etmir.



Bundan əvvəl “Nyu Yorker” məcmuəsi Amerika xüsusi təyinatlılarının İranın daxilində kəşfiyyat apardıqları haqda məlumat yaymışdı. Guya məqsəd zərbə endirmək üçün məxfi nüvə obyektlərinin yerini müəyyənləşdirməkdir.



Ancaq Pentaqon rəsmiləri sonradan bu məlumatı təkzib ediblər.



--“İndependent”



Prezident Vladimir Putin hökuməti istefaya göndərə bilər. Rusiyanın iri şəhərlərində minlərlə ahıl insan sosial imtiyazların ləğvinə etiraz olaraq küçələrə axışıb.



Rusiya kütləvi informasiya vasitələrində təqaüdçülərin etiraz aksiyalarını artıq “çit inqilabı” adlandırıblar.



Bütün ölkəni bürüyən etirazlar Putinin prezident postunda üzləşdiyi ən böyük problemdir. Bazar ertəsi televiziya çıxışında Putin nazirləri və qubernatorları islahatları “lazımınca düşünməməkdə” günahlandırıb.



Bu arada prezidentpərəst “Vahid Rusiya” partiyası vəziyyət normallaşmazsa, gələn ay hökumətin istefa verməli olacağını bildirir. Kommunistlər başda olmaqla üç partiya isə hökumətə etimadsızlıq məsələsini qaldırmaq haqda düşünürlər.



--“Nyusvik”



Dekabrın 30-da Kreml universitet tələbələrinin artıq ordudan möhlət almayacaqlarını bildirəndə, bir çoxları ona boş hədə kimi baxırdı. Amma keçən həftə Moskvadakı tələbə yataqlarının bir neçəsinə reydlər keçirilib.



Tələbələr hazırda Rusiya cəmiyyətinin ən laqeyd təbəqəsidir; onlar səsvermə məntəqələrinə həvəssiz gedirlər. Amma tələbə şəhərçiklərinə reydlər davam edərsə, Kreml bu vaxtadək mürgüləyən siyasi qüvvəni oyada bilər.



Rusiyanın aparıcı müxalifət qruplarından olan Əsgər Anaları Komitəsi artıq məsələ ilə bağlı referendum keçirməyə çağırıb.



Etiraz səsləri ucaldıqca, Putin tələbələri universitet kitabxanalarında rahat buraxmadığına görə heyfslənə bilər.
XS
SM
MD
LG