Səs: Real audio
Putin hakimiyyəti dövründə ən kütləvi etiraz aksiyaları ilə üzləşir ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (TDA) Neft Fonduna 1 milyon 91 min dollar dəyərində qrant ayırıb.
Dövlət Neft Fondunun icraçı direktoru Samir Şərifov bildirdi ki, bu pullar Neft Fondunun vəsaitlərinin yerləşdirilməsi və bununla bağlı risklərin qiymətləndirilməsi üzrə işlərin təkmilləşdirilməsinə, xarici menecerlərin seçiminin müəyyən edilməsinə yönəldiləcək. Yardım Neft Fondunun struktur bölmələri arasında beynəlxalq standartlara uyğun vəzifə bölgüsü, peşəkarlıq səviyyəsinin artırılması istiqamətlərini də əhatə edəcək.
Samir Şərifov ümid etdiyini bildirdi ki, ABŞ Ticarət və İnkişaf Agentliyi ilə işbirliyi layihənin ikinci mərhələsində də davam edəcək.
TDA-nın Avrasiya üzrə bölgə direktoru Daniel Steyn isə bildirdi ki, agentlik tərəfindən bir neçə ildə Azərbaycana 8 milyon dollar qrant ayrılıb, energetika və nəqliyyat sahələriylə bağlı layihələr də nəzərdən keçirilir.