Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:09

QHT-lər 20 Yanvarın Milli Qürur günü olmasını istəyirlər


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub 20 Yanvar Milli Qürur və Birlik günü kimi qeyd olunmalıdır. Bunu Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü olan qeyri-hökumət təşkilatları təklif edir.



Qurumun təşəbbüsünü dəstəkləyənlərdən olan şair Musa Yaqub deyir ki, 20 Yanvar hadisələrinə yanaşma tərzini kökündən dəyişməyin vaxtı çatıb. 1990-cü ildə Sovet qoşunlarının Bakıya yeridilməsi zamanı həlak olan insanlara faciə qurbanları kimi yox, vətəninin azadlığı uğrunda canını fəda etmiş şəhidlər kimi yanaşmaq lazımdır.



Prezident İlham Əliyev 20 Yanvar faciəsinin 15-ci ildönümünün qeyd edilməsi barədə sərəncam verib. Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi xüsusi tədbirlər planı hazırlayıb.



Şəhidlər Xiyabanında və onun ətrafında ictimai təhlükəsizliyin qorunması, avtomobillərin hərəkətinin tənzimlənməsi məqsədi ilə həmin gün Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.



Yanvarın 20-də Teleteatrın və Məşədi Əzizbəyov heykəlinin yanından Şəhidlər Xiyabanına gedən maşın yolları bağlanacaq. Vətəndaşların heykəl tərəfdən Parlament prospektinə gələrək xiyabanı ziyarət etməsinə şərait yaradılacaq.



1990-cü ildə Sovet qoşunları Bakıya daxil olarkən 131 nəfər dinc sakin qətlə yetirilib, 700 nəfərdən artıq insan isə yaralanıb.
XS
SM
MD
LG