Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Yeni TV yaratmaq hansı zərurətdən doğub?


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub Yeni Televiziya və Radio Yayımı ictimai qurumunun təsisçilərindən olan, Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev bu ideyanın ortaya çıxmasını hər şeydən öncə informasiyaya olan zərurətlə izah edir. Arif Əliyev deyir ki, son beş ildə Azərbaycanda yeni elektron kütləvi informasiya vasitəsi yaranmayıb.

Arif Əliyevin dediyinə görə, onların məqsədi məhz bu kasadlığı doldurmaqdır. Onun fikrincə, Yeni teleradio qurumunun yaradılmasının cəmiyyətdə sensassiya kimi qəbul olunması da elə bu sahədə problemlərin az olmadığını göstərir.

Arif Əliyev Yeni TV-nin mahiyyətcə ictimai televiziyaya oxşar olacağını deyir. Əvvəla, bu kanal müəyyən ictimai maraqları yerinə yetirəcək, ikincisi o, əsasən xəbər tipli verilişlərdən ibarət olacaq. Bundan başqa Yeni TV-də maarifləndirici proqramlar da yer alacaq, ictimai müzakirələrə də rəvac veriləcək. Arif Əliyev belə deyir.



Yeni Nəsil Jurnalistlər Birliyinin sədri Arif Əliyev Yeni TV-nin digər telekanallardan fərqini Yeni TV-də informasiyanın dolğun veriləcəyi, müxtəlif fikirlərə yer ayrılacağıyla izah edir. Yeni TV-nin ictimai televiziyanı əvəzləyəcəyi barədə söylənənlərə gəldikdə isə, Arif Əliyev bu fikirlərlə həm razılaşır, həm də yox. Razılaşmır ona görə ki, bu televiziyaların idarəetmə strukturları fərqli olacaq. Ancaq digər tərəfdən, Yeni TV ictimai televiziyanın daşımalı olduğu bəzi funksiyaları yerinə yetirəcək. Bütün bunlar Yeni TV qeydiyyata alındıqdan sonra hissə-hissə həyata keçiriləcək.

Milli Məclisin üzvü, jurnalist İsmayıl Ömərovsa Yeni TV-nin ictimai televiziyanın əvəzinə yaradılacağı fikriylə razı deyil. O hesab edir ki, istənilən xarakterli televiziyadan asılı olmayaraq, ictimai televiziya yaradılacaq.

Milli teleradio şurasının sədri Nuşirəvan Məhərrəmov da Yeni TV-nin yaradılmasını normal qarşılayır.

Ancaq Nuşirəvan Məhərrəmov respublikada qeydiyyatla, hüquqi tənzimləməylə bağlı boşluqların olduğunu, bu sahədə prezident fərmanına ehtiyac duyulduğunu deyir. Yeni TV-nin təsisçiləri adi hüquqi şəxs kimi ədliyyə nazirliyində qeydiyyatdan keçə bilərlər. Ancaq teleradio kanalı kimi milli teleradio şurasında qeydiyyatdan keçmək tələb olunur.
XS
SM
MD
LG