Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:02

OPEK hasilatın azaldılmasının mümkünlüyünü müzakirə edir


OPEK təşkilatına üzv ölkələrin energetika nazirləri bu gün Vyanada hasilatın azaldılmasının mümkünlüyünü müzakirə edirlər.

Neftin qiyməti qəflətən düşdüyünə görə hələ ötən ilin sentyabrında təşkilat gün ərzində hasilatı 4.2 milyon barel azaltmışdı.

Son vaxtlar neftin qiymətinin nisbətən sabitləşməsi, 32 dollardan 40-45 dollara qalxmasına baxmayaraq OPEK -ə daxil olan bir sıra ölkələr hasilatın yenə də azaldılmasını təkid edirlər.

Onların fikrincə bu qiymətlərin qalxmasına səbəb olacaq.
XS
SM
MD
LG