Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 02:08

Prezidentlərin növbəti görüşü mayda Praqada ola bilər


Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü mayın əvvəllərində Praqada ola bilər.

Bunu prezidentlərə ATƏT-in Minsk Qrupunun həmsədrləri təklif edib.

Görüş Avropa Birliyinin mayın 7-də Praqada keçiriləcək sammiti çərçivəsində baş tuta bilər.

Məlumatı Gürcüstanda ANS-in müxbirinə Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza verib.

O, prezidentlərin təklifi qəbul edəcəklərinə ümidlə yanaşdığını deyib.
Metyu Brayza əlavə edib ki, ötən ilin noyabrında prezidentlərin Moskva görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş hiss olunur.
XS
SM
MD
LG