Bakı Metropoliteninin «İçəri şəhər» stansiyasına partlayıcı qurğu qoyulması barədə yalan məlumat verən şəxs müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov «ANS PRESS»ə bildirib ki, anonim zəng edən azyaşlıdır. Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən olunan şəxs azyaşlı və xəstəliyi olduğundan saxlanılmayıb, ona xəbərdarlıq edilib.
Azyaşlı zəngi evlərindəki telefondan etdiyini deyib.
Martın 12-də DİN-nin «102» xidmətinə metronun «İçər şəhər» stansiyasına bomba qoyulması barədə anonim zəng daxil olub. Axtarışlar nəticəsində heç bir partlayıcı qurğu aşkar olunmayıb.