Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:14

Gürcüstan artıq “qızılgül” ətri vermir


Səs: Real audio
Sosial təminat sistemində islahatlar Rusiyada narazılıq doğurub --“Di Velt”



Ukraynada “narıncı inqilab”dan sonra post-Sovet məkanında diktatorlar təlaşla növbə kimindir sualını verirlər. Orta Asiya ölkələrinin hökmdarları beynəlxalq ictimaiyyətin iştirakı olmadan keçirilən son seçkilərdə də heç bir vəchlə hakimiyyətdən ayrılmaq niyyətində olmadıqlarını nümayiş etdiriblər.



Ukrayna hadisələrinin bilavasitə yaxınlığında olan Belarus diktatoru Aleksandr Lukaşenko təhlükəni hamıdan yaxşı hiss etməlidir. Amma o, sarsılmazıdır. Onun sözlərinə görə, imperiyasında heç bir “qızılgül”, “narıncı” və ya “banan” inqilabı olmayacaq.



Ancaq hər ehtimala qarşı Lukaşenko öz xüsusi xidmətlərinə Ukraynadakı hadisələr fonunda Qərbin Belarusda vəziyyəti gərginləşdirmək cəhdlərinin qarşısını almaq üçün nəzarəti gücləndirməyi tapşırıb.



Viktor Yuşenkoyla həmrəylik əlaməti kimi narıncı şərflərdən istifadə edən Belarus müxalifətçiləri dərhal həbs olunurlar.



--“Vaşinqton Tayms”



Gürcüstanda demokratik inqilab keçmiş Sovet respublikaları liderlərini dəhşətə gətirib. Və bu gün Ukraynada baş verənlər Qafqazda bir il əvvəl başlanan proseslərin məntiqi davamıdır.



“Qızılgül inqilabı” Kreml üçün güclü zərbə idi, Ukraynada “narıncı inqilab” isə pis yuxuya çevrilib. Təkcə “vəhşi” Qafqazdan olan gürcülər deyil, həm də qardaş slavyanlar da artıq ədalətli seçkilər tələb edirlər.



Təşvişə düşmüş Moskva artıq ATƏT-ə hücum çəkir və onu post-Sovet məkanındakı seçkilərə guya “həddən artıq tələbkarlıq”da günahlandırır.



--“Forbs”



Qərb Gürcüstanda qansız dövlət çevrilişi—“qızılgül inqilabı”ndan heyrətlənməkdən yorulmurdu: ABŞ-da təhsil almış Mixail Saakaşvili adlı gənc lider zülmətdə əzab çəkən Qafqazda azadlıq məşəli qaldırmışdı. Amma inqilabın birinci ildönümündə Gürcüstan artıq “qızılgül ətri vermir, ancaq tikanlarıyla sancır”.



Aeroportdan paytaxt Tbilisiyə aparan yolda pas atmış sovet “Lada”ları çuxurlar arasında manevrlər edir; sakinlər evlərinə işıq, istilik və su verilən hər saatdan zövq alırlar. 10 faizlik inflyasiya isə təqaüdlərin artırılmasını heçə endirib.



Bundan başqa, Gürcüstan iqtisadiyyatında kələkbazlıq hökm sürür, hərçənd ideyaca Saakaşvili dövründə belə şey baş verməməlidir. Beynəlxalq Valyuta Fondunun 2004-cü il hesabatına əsasən, Gürcüstan şirkətlərinin gəlirlərinin 3 faizi məmurlara rüşvətə gedir. Rusiyada bu rəqəm təxminən iki dəfə aşağıdır.



“Transparency International” təşkilatının tərtib etdiyi korrupsiyanın səviyyəsi reytinqində isə Gürcüstan 133 ölkə arasında 128-ci yeri tutub.



Amerika—Gürcüstan Biznes Şurasının üzvü Enders Uimbuş deyir ki, “buradakı mövcud şərait potensial Qərb investorlarını bir iş görməzdən əvvəl üç dəfə fikirləşməyə vadar edir”.



--“Uolt Strit Cournal”



Rusiyada sosial təminat sistemində islahatlar bu ay etirazlar dalğası doğurub və prezident Vladimir Putinin sarsılmaz görünən populyarlığını zədələyib.



Kreml Sovet dövründən qalmış sosial imtiyazları ləğv edərək onları pul ödənişləri ilə əvəzləyib.



Bu dəyişikliklər cəmiyyətdə əhval-ruhiyyəni korlayıb. İctimai rəy sorğularına görə, ölkənin səhv istiqamətdə getdiyini düşünən rusiyalıların sayı artmaqdadır. Putinin populyarlığı isə əvvəlkitək yüksək olsa da, azalmağa başlayıb.
XS
SM
MD
LG